Yusif surəsi · 52-ci ayə

(Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «(Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 52
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yusif dedi:) Bu (qadınların etirafı) onun üçün idi ki, (Əziz) mənim gizlində ona xəyanət etmədiyimi bilsin. Şübhəsiz, Allah xainlərin hiyləsinə yol verməz.”
Nöqtələr
Bu ayənin Yusifin və ya Əzizi-Misrin zövcəsinin sözü olması ilə bağlı iki rəy var. Bəzi təfsirçilər onu Yusifin, bəziləri isə Züleyxanın sözünün davamı sayırlar. Amma ayənin mənasına nəzər saldıqda aydın olur ki, bu sözlər Züleyxaya məxsus deyil. Çünki günahsız bir şəxsi illər uzunu zindanda saxlamaqdan böyük xəyanət ola bilməzdi.
Yusif bu sözlərlə zindanda yubanmasının səbəbi kimi hadisənin yenidən araşdırılmasını və heysiyyətinin təsdiqini göstərir.
Bildirişlər
1. Kərəmi olan şəxs intiqam almağa çalışmır. Onu yalnız həqiqətin üzə çıxması maraqlandırır.
2. Düşüncələrdən sui-zənni uzaqlaşdıraq.
3. Hər hansı bir kişinin həyat yoldaşına qarşı pis fikir o kişiyə qarşı xəyanətdir.
4. Kafirə qarşı xəyanət də bəyənilməmişdir.
5. Aşkarda və gizlində xəyanətə yol verməmək gerçək iman nişanəsidir.
6. Xain insan öz işi xatirinə xilafına don geyindirib plan cızır.
7. Yusif padşahın nəzərinə çatdırmaq istəyirdi ki, hadisələrdə təyinedici amil Allahın iradəsi və qanunlarıdır.
8. Xain insan nəticə əldə edə bilmir və onu xoş aqibət gözləmir. Bəli! Əgər biz pak olsaq, Allah imkan verməz ki, pak olmayanlar bizi hörmətdən salsınlar.
9. Xainlərin uğursuzluğu və rüsvayçılığı ilahi qanunlardandır.

Tez-tez Verilən Suallar

Yusif surəsi 52-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 52-ci ayəsi nə haqqındadır?
(Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «(Mənim) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi b...
Yusif surəsi 52-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 52-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 52-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 52-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 52-ci ayənin təfsiri nədir?
"(Yusif dedi:) Bu (qadınların etirafı) onun üçün idi ki, (Əziz) mənim gizlində ona xəyanət etmədiyimi bilsin. Şübhəsiz, Allah xainlərin hiyləsinə yol verməz.” Nöqtələr Bu ayənin Yusifin və ya Əzizi-Misrin zövcəsinin sözü olması ilə bağlı iki rəy var. Bəzi təfsirçilər onu Yusifin, bəziləri isə Züleyxanın sözünün davamı sayırlar. Amma ayənin mənasına nəzər saldıqda aydın olur ki, bu sözlər Züleyxaya məxsus deyil. Çünki günahsız bir şəxsi illər uzunu zindanda saxlamaqdan böyük xəyanət ola bilməzdi....
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.