Yusif surəsi · 61-ci ayə

Dedilər: «Biz tezliklə onu bir yumşaqlıq və hiylə ilə atasından istəyəcəyik və biz bu işi mütləq edəcəyik».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 61
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Qardaşları Yusifə) dedilər: "Onu atasından israrla istəyəcəyik, bu işi hökmən görəcəyik.”
Nöqtələr
"Müravidə” dedikdə ardıcıl xahiş və ya yalanla müşayiət olunan müraciət nəzərdə tutulur.
Qardaşların sözündən həsəd qoxusu gəlirdi. Onlar "atamız” əvəzinə "atası” sözünü işlətdilər. Surənin əvvəlində də qardaşların arasında bu sayaq söhbət getmişdi. Onlar deyirdilər ki, ata bizim üçündür, amma o Yusif və qardaşını bizdən çox sevir.
Bildirişlər
1. Oğul atanın icazə və razılığı ilə səfərə çıxa bilər.
2. Yusifin qardaşları bilirdilər ki, ataları Benyaminin onlarla getməsini istəmir.
3. Yusifin əhvalatından sonra Yəqub Benyamini özündən kənara buraxmırdı. Onu atasından ayırmaq asan iş deyildi.

Tez-tez Verilən Suallar

Yusif surəsi 61-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 61-ci ayəsi nə haqqındadır?
Dedilər: «Biz tezliklə onu bir yumşaqlıq və hiylə ilə atasından istəyəcəyik və biz bu işi mütləq edəcəyik».
Yusif surəsi 61-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 61-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 61-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 61-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 61-ci ayənin təfsiri nədir?
"(Qardaşları Yusifə) dedilər: "Onu atasından israrla istəyəcəyik, bu işi hökmən görəcəyik.” Nöqtələr "Müravidə” dedikdə ardıcıl xahiş və ya yalanla müşayiət olunan müraciət nəzərdə tutulur. Qardaşların sözündən həsəd qoxusu gəlirdi. Onlar "atamız” əvəzinə "atası” sözünü işlətdilər. Surənin əvvəlində də qardaşların arasında bu sayaq söhbət getmişdi. Onlar deyirdilər ki, ata bizim üçündür, amma o Yusif və qardaşını bizdən çox sevir. Bildirişlər 1. Oğul atanın icazə və razılığı ilə səfərə çıxa bilə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.