Yusif surəsi · 62-ci ayə

Və öz(ünün çəki işi ilə məşğul olan) qullarına dedi: «Onların (ərzaq almaq üçün gətirdikləri) sərmayələrini yüklərinin arasına qoyun, bəlkə ailələrinin yanına qayıtdıqda onu tanıdılar və ola bilsin ki, (yenidən) qayıtdılar.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 62
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yusif) öz qulamlarına dedi: "Onların ödədiklərini yüklərinin içinə qoyun. Ailələrinə qayıtdıqda onu görsünlər. Bu ümidlə ki, (növbəti dəfə) geri qayıdalar.”
Nöqtələr
Həzrət Yusif ötən ayələrdə "sadiq, möhsin, müxlis” kimi adlarla vəsf olunurdu. Şübhəsiz ki, o, ata və qardaşlarına beytül-malı bağışlamamışdı. Verdiyi malın pulunu çox güman ki, şəxsi hesabından ödəmişdi.
Yusif pulu qaytardı ki, ikinci dəfə səfərə çıxmağa onların pulu olsun. Bundan əlavə, pulun qaytarılması səmimiyyət nişanəsi idi. Yusif onlara bildirmək istəyirdi ki, qardaşlarını istəməkdə pis məqsədi yoxdur. Pulun gizli şəkildə yükün arasına qoyulmasının səbəbi bu işin minnətsiz görülməsi və həmin məbləği oğrulardan qorumaq idi.
Dünən qul və xidmətçi olan Yusif qul və xidmətçi sahibi idi. O, qardaşları ilə görüş zamanı intiqam almadı, gileylənmədi, kin saxlamadı. Sərmayələrini qaytarmaqla onlara qarşı olan sevgisini bildirdi.
Bildirişlər
1. Layiqli müdir və rəhbərin planı yaradıcı olmalıdır.
2. Pislikləri yaxşılıqlarla aradan qaldıraq.
3. Sileyi-rəhm—yəni müamilə yox, kömək etmək!
4. Ehtiyaclı ata və qardaşlardan pul almaq kəramətdən uzaqdır.
5. Yusif pulun qoyulmasını bir neçə nəfərə tapşırdı ki, hansısa qul düşünməsin ki, Yusif bu məbləği özü üçün götürür.
6. Başqalarına imkan həddində gizli yardım göstərin.
7. İntiqam və kin-küdurətdən uzaq olaq. Hədiyyə verməklə gələcək rabitələri quraq.
8. İnsanları yenidən görmək üçün puldan keçmək lazımdır.
9. İnsanların qəlbini cəzb etmək üçün ən yaxşı vasitə onlara yaxşılıq etməkdir.
10. Məsullar öz işçilərini yetərincə məlumatlandırmalıdırlar ki, yaxşı rəhbər ola bilsinlər. (Yusif yükə pul qoydurduqda bildirdi ki, bu işdə məqsəd onların yenidən qayıtmasıdır.)
11. Proqram hazırlayarkən işin nəticəsinə tam əmin olmaq zəruri deyil.

Tez-tez Verilən Suallar

Yusif surəsi 62-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 62-ci ayəsi nə haqqındadır?
Və öz(ünün çəki işi ilə məşğul olan) qullarına dedi: «Onların (ərzaq almaq üçün gətirdikləri) sərmayələrini yüklərinin arasına qoyun, bəlkə ailələrinin yanına qayıtdıqda onu tanıdılar və ola bilsin ki, (yenidən) qayıtdılar.»
Yusif surəsi 62-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 62-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 62-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 62-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 62-ci ayənin təfsiri nədir?
"(Yusif) öz qulamlarına dedi: "Onların ödədiklərini yüklərinin içinə qoyun. Ailələrinə qayıtdıqda onu görsünlər. Bu ümidlə ki, (növbəti dəfə) geri qayıdalar.” Nöqtələr Həzrət Yusif ötən ayələrdə "sadiq, möhsin, müxlis” kimi adlarla vəsf olunurdu. Şübhəsiz ki, o, ata və qardaşlarına beytül-malı bağışlamamışdı. Verdiyi malın pulunu çox güman ki, şəxsi hesabından ödəmişdi. Yusif pulu qaytardı ki, ikinci dəfə səfərə çıxmağa onların pulu olsun. Bundan əlavə, pulun qaytarılması səmimiyyət nişanəsi idi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.