Yusif surəsi · 69-cu ayə

Və onlar Yusufun hüzuruna daxil olanda o, qardaşını (Binyamini) öz yanında oturtdu (və ona) dedi: «Həqiqətən mən sənin qardaşınam. Odur ki, (bu qardaşların indiyə kimi mənim və sənin barəndə) etdiklərinə kədərlənmə».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 69
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Qardaşları) Yusifin yanına gəldikləri vaxt o, qardaşına (Benyaminə) yanında yer verib dedi: "Həqiqətən, mən sənin qardaşınam, onların gördüyü iş səni qəmləndirməsin.”
Nöqtələr
Təfsirlərdə deyilir ki, Yəqubun övladları Misirə gəldikləri vaxt Yusif onları qonaq etdi. Hər iki nəfərə bir tabaq çörək verildi. Axırda Benyamin tək qaldı. Yusif onu yanında oturtdu. Sonra hər iki nəfərə bir otaq verildi. Yenə Yusif Benyamini öz otağında saxladı. Benyamin qardaşlarının vəfasızlığından və illərcə əvvəl Yusifə qarşı törətdikləri cinayətdən danışdı. Məhz bu yerdə Yusifin səbir kasası daşdı və o dedi: "Nigaran olma, mən həmin Yusifəm.” Söz elə təkidlə deyildi ki, başqa bir ehtimal üçün (məsələn, "mən sənə qardaş kimiyəm”) yer qalmadı.
"Fəla təbtəis bima kanu yə`məlun” cümləsi iki cür mənalandırıla bilər: Ya "qardaşlarının keçmiş əməlləri səni qəmləndirməsin”, ya "qulamlar səni saxlamaq üçün peymanəni yükünə qoyacaqlar, bu səni nigaran etməsin.”
Bildirişlər
1. Dünənədək öz qüdrəti ilə qürrələnən qardaşlar indi ərzaq əldə etmək üçün tam təvazö ilə Yusifin hüzuruna yetişməli idilər.
2. Deyilən söz gizli və aşkar olmaqla bölünə bilər. Yusif sözlərini Benyaminə gizli şəkildə söylədi. (Hər sözün yeri, hər nöqtənin məqamı var.)
3. Bəzi məsələlərdən yalnız xüsusi adamları xəbərdar etmək olar.
4. Nemətə çatdıqda ötən acılıqları yaddan çıxarın. (Yusiflə Benyamin nəhayət görüşdülər, keçmişdəki nigarançılıqları unutmaq lazım gəldi.)
5. Hər hansı bir planı həyata keçirməzdən öncə, bu proqramdan əziyyət çəkəsi insanları ruhi baxımdan hazırlamaq lazımdır. (Benyaminə deyildi ki, o, oğru adı ilə saxlanılacaq, bundan nigaran olmasın.)

Tez-tez Verilən Suallar

Yusif surəsi 69-cu ayə haqqında suallar və cavablar

Yusif surəsinin 69-cu ayəsi nə haqqındadır?
Və onlar Yusufun hüzuruna daxil olanda o, qardaşını (Binyamini) öz yanında oturtdu (və ona) dedi: «Həqiqətən mən sənin qardaşınam. Odur ki, (bu qardaşların indiyə kimi mənim və sənin barəndə) etdiklərinə kədərlənmə».
Yusif surəsi 69-cu ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 69-cu ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 69-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 69-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 69-cu ayənin təfsiri nədir?
"(Qardaşları) Yusifin yanına gəldikləri vaxt o, qardaşına (Benyaminə) yanında yer verib dedi: "Həqiqətən, mən sənin qardaşınam, onların gördüyü iş səni qəmləndirməsin.” Nöqtələr Təfsirlərdə deyilir ki, Yəqubun övladları Misirə gəldikləri vaxt Yusif onları qonaq etdi. Hər iki nəfərə bir tabaq çörək verildi. Axırda Benyamin tək qaldı. Yusif onu yanında oturtdu. Sonra hər iki nəfərə bir otaq verildi. Yenə Yusif Benyamini öz otağında saxladı. Benyamin qardaşlarının vəfasızlığından və illərcə əvvəl Y...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.