Yusif surəsi · 72-ci ayə

Dedilər: «Şahın ölçü qabını itirmişik. Onu gətirənə bir dəvə yükü (mükafat, yaxud zəhmət haqqı) veriləcəkdir və buna (mən carçı) özüm zaminəm».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 72
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dedilər: "Şaha məxsus qabı itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü veriləcək, mən buna zaminəm.”
Nöqtələr
"Suvaə” və "siqayə” sözləri eyni mənada işlədilmişdir. Belə bir ölçü qabı ilə həm su içilir, həm taxıl ölçülür. Bütün bunlar qənaət, bəhrələnmə və bir neçə məqsədlə istifadə nişanəsidir. "Suva” dedikdə bir sa (təqribən 3 kq.) buğda tutumu olan qab nəzərdə tutulur.
"Himl” dedikdə yük nəzərdə tutulur. "Həml” sözü də yük mənasındadır. Amma bu, buluddakı yağış, bətndəki övlad kimi gizli yükdür.
"Limən caə bihi himlu bəir”, yəni kim belə etsə, filan mükafatı verərəm. Fiqh dilində bu iş "cualə” adlandırılmışdır və uzun keçmişə malik bir qanundur.
Bildirişlər
1. Qardaşlar "maza təfqidunə” deməklə bildirdilər ki, oğurluq sübuta yetməmiş kimsə ittiham olunmamalıdır.
2. Mükafat təyin etmək qədim bir üsuldur.
3. Mükafat fərd və dövrə münasib olmalıdır. Qıtlıq dövründə ən yaxşı mükafat bir dəvə yükü taxıldır.
4. Zamin konkret və tanınmış bir adam olmalıdır.
5. Zamin mötəbər bir şəxs olmalıdır.
6. Arxayınlıq yaratmaq üçün zəmanət verilməsinin tarixi keçmişi var.

Tez-tez Verilən Suallar

Yusif surəsi 72-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 72-ci ayəsi nə haqqındadır?
Dedilər: «Şahın ölçü qabını itirmişik. Onu gətirənə bir dəvə yükü (mükafat, yaxud zəhmət haqqı) veriləcəkdir və buna (mən carçı) özüm zaminəm».
Yusif surəsi 72-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 72-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 72-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 72-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 72-ci ayənin təfsiri nədir?
"Dedilər: "Şaha məxsus qabı itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü veriləcək, mən buna zaminəm.” Nöqtələr "Suvaə” və "siqayə” sözləri eyni mənada işlədilmişdir. Belə bir ölçü qabı ilə həm su içilir, həm taxıl ölçülür. Bütün bunlar qənaət, bəhrələnmə və bir neçə məqsədlə istifadə nişanəsidir. "Suva” dedikdə bir sa (təqribən 3 kq.) buğda tutumu olan qab nəzərdə tutulur. "Himl” dedikdə yük nəzərdə tutulur. "Həml” sözü də yük mənasındadır. Amma bu, buluddakı yağış, bətndəki övlad kimi gizli yük...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.