Yusif surəsi · 73-cü ayə

(Yusufun qardaşları) dedilər: «Allaha and olsun, siz (özünüz) yaxşı bilirsiniz ki, biz yer üzündə fəsad törətməyə gəlməmişik və biz heç vaxt oğru olmamışıq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 73
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Dedilər: "And olsun Allaha, siz bilirsiniz ki, biz bu məmləkətə fəsad üçün gəlməmişik və heç vaxt oğurluq etməmişik.”
Nöqtələr
Yusifin qardaşları dedilər ki, onların bu məntəqəyə oğurluq üçün gəlmədikləri qarşı tərəfə məlumdur. Bəs qarşı tərəf bunu haradan bilirdi? Bu barədə bir neçə ehtimal var: Ola bilsin ki, bu barədə məmurlara Yusif işarə etmişdir. Məntəqəyə daxil olan vaxt onların yoxlanıb seçilməsi ehtimalı da var. Bəli, xüsusi ilə böhranlı şəraitdə məmləkətə daxil və xaric olan heyətlər diqqətlə nəzarətdən keçirilməli, səfərdə pis məqsədin olmadığına əminlik yaranmalıdır.
Bildirişlər
1. Müsbət keçmiş bəraət üçün nişanədir.
2. Misirin təhlükəsizlik xidməti güclü və bacarıqlı idi. Onlar bilirdilər ki, bu karvan fəsad üçün gəlməyib.
3. Oğurluq yer üzündəki fəsad nümunələrindəndir.

Tez-tez Verilən Suallar

Yusif surəsi 73-cü ayə haqqında suallar və cavablar

Yusif surəsinin 73-cü ayəsi nə haqqındadır?
(Yusufun qardaşları) dedilər: «Allaha and olsun, siz (özünüz) yaxşı bilirsiniz ki, biz yer üzündə fəsad törətməyə gəlməmişik və biz heç vaxt oğru olmamışıq».
Yusif surəsi 73-cü ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 73-cü ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 73-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 73-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 73-cü ayənin təfsiri nədir?
"Dedilər: "And olsun Allaha, siz bilirsiniz ki, biz bu məmləkətə fəsad üçün gəlməmişik və heç vaxt oğurluq etməmişik.” Nöqtələr Yusifin qardaşları dedilər ki, onların bu məntəqəyə oğurluq üçün gəlmədikləri qarşı tərəfə məlumdur. Bəs qarşı tərəf bunu haradan bilirdi? Bu barədə bir neçə ehtimal var: Ola bilsin ki, bu barədə məmurlara Yusif işarə etmişdir. Məntəqəyə daxil olan vaxt onların yoxlanıb seçilməsi ehtimalı da var. Bəli, xüsusi ilə böhranlı şəraitdə məmləkətə daxil və xaric olan heyətlər ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.