Yusif surəsi · 82-ci ayə

«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 82
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Əgər sözümüzə inanmırsansa) olduğumuz kənddən, gəldiyimiz karvandan soruş. Şübhəsiz, biz doğru danışırıq.”
Nöqtələr
"Qəryə” dedikdə təkcə kənd yox, yaşayış məntəqəsi, inzibati ərazi də nəzərdə tutula bilər. "Qəryə” həm şəhər, həm də kənd ola bilər. "Vəsəlil-qəryə”, yəni "qəryə” əhlindən soruş.
Ərzaq daşıyan karvana "iyr” deyilir.
Yusifin qardaşları atalarına Yusifi canavarın yeməsi haqqında danışarkən əllərində dəlil yox idi. Amma bu əhvalatda iki dəlil göstərdilər: Misir əhlindən sual və karvan əhlindən sual. Ötən macəranın nəqlindəki "ləv” sözü şəkk-şübhə nişanəsidir. Bu səhnənin bəyanında isə qətiyyət bildirən "innə” hissəsindən istifadə olunur.
Bildirişlər
1. Mənfi keçmiş insanın sözünün qəbul olunmasında ona ömür boyu problem yaradır.
2. İddianın sübutu üçün gözü ilə görən şahidin məlumatı daha mötəbərdir.
3. Böyük bir cəmiyyətin yalan üçün ümumi razılığa gəlməsi mümkünsüzdür.

Tez-tez Verilən Suallar

Yusif surəsi 82-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 82-ci ayəsi nə haqqındadır?
«Və bizim orada (içində) olduğumuz cəmiyyətdən (misirlilərdən) və aralarında gəldiyimiz karvandan soruş. Həqiqətən biz doğruçuyuq».
Yusif surəsi 82-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 82-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 82-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 82-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 82-ci ayənin təfsiri nədir?
"(Əgər sözümüzə inanmırsansa) olduğumuz kənddən, gəldiyimiz karvandan soruş. Şübhəsiz, biz doğru danışırıq.” Nöqtələr "Qəryə” dedikdə təkcə kənd yox, yaşayış məntəqəsi, inzibati ərazi də nəzərdə tutula bilər. "Qəryə” həm şəhər, həm də kənd ola bilər. "Vəsəlil-qəryə”, yəni "qəryə” əhlindən soruş. Ərzaq daşıyan karvana "iyr” deyilir. Yusifin qardaşları atalarına Yusifi canavarın yeməsi haqqında danışarkən əllərində dəlil yox idi. Amma bu əhvalatda iki dəlil göstərdilər: Misir əhlindən sual və karv...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.