Yusif surəsi · 87-ci ayə

«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 87
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey oğlanlarım! (Növbəti dəfə Misirə) gedin və Yusiflə qardaşını axtarın. Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqət budur ki, kafir qövmdən qeyrisi Allahın rəhmətindən ümidini üzməz.”
Nöqtələr
"Təhəssəs” dedikdə hiss yolu ilə bir şeyi axtarmaq nəzərdə tutulur. "Təcəssəs” pislikləri axtarmaq, "təhəssəs” yaxşılıqları axtarmaqdır.
Rağibin təbirincə, "rəvh” və "ruh” can, ruh mənasını bildirir. Amma "rəvh” sözü bəzən qurtuluş və rəhmət mənasında işlədilir. Müşküllər, düyünlər açıldıqca insana sanki yeni bir ruh üfürülür.
"Tibyan” təfsirində deyilir: "Ruh” sözü "rih” sözündəndir. Xəfif meh insanı rahatlaşdırdığı kimi, ilahi rəhmət də insanı şadlandırır.
Rəvayətlərə əsasən Allahın rəhmətindən naümid olmaq böyük (kəbirə) günahlardandır .
Bildirişlər
1. Ata öz övladları ilə rabitəni birdəfəlik kəsə bilməz.
2. Mərifət əldə etmək, bir şeyi tanımaq üçün hərəkətə ehtiyac var.
3. İlahi lütfün əldə olunması ilə tənbəllik bir araya sığmır.
4. Allahın övliyaları həm özləri məyus olmur, həm də başqalarını ümidsizlikdən çəkindirirlər.
5. Ümidsizlik küfr nişanəsidir. Məyus olmuş insan Allahın qüdrətinin başa çatdığını düşünür.

Tez-tez Verilən Suallar

Yusif surəsi 87-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 87-ci ayəsi nə haqqındadır?
«Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz».
Yusif surəsi 87-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 87-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 87-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 87-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 87-ci ayənin təfsiri nədir?
"Ey oğlanlarım! (Növbəti dəfə Misirə) gedin və Yusiflə qardaşını axtarın. Allahın rəhmətindən ümidinizi üzməyin. Həqiqət budur ki, kafir qövmdən qeyrisi Allahın rəhmətindən ümidini üzməz.” Nöqtələr "Təhəssəs” dedikdə hiss yolu ilə bir şeyi axtarmaq nəzərdə tutulur. "Təcəssəs” pislikləri axtarmaq, "təhəssəs” yaxşılıqları axtarmaqdır. Rağibin təbirincə, "rəvh” və "ruh” can, ruh mənasını bildirir. Amma "rəvh” sözü bəzən qurtuluş və rəhmət mənasında işlədilir. Müşküllər, düyünlər açıldıqca insana sa...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.