Yusif surəsi · 92-ci ayə

Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır».

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 92
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"(Yusif ) dedi: Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır.”
Nöqtələr
"Təsrib” məzəmmət, günah saymaq və çoxlu danlaq mənalarını bildirir.
Məkkənin fəthi günü müşriklər Kəbəyə sığınmışdılar. Ömər dedi: "Biz bu gün intiqam alacağıq.” Peyğəmbər (s) buyurdu: "Bu gün mərhəmət günüdür.” Sonra müşriklərdən soruşdu: "Bu gün mənim haqqımda fikriniz nədir?” Dedilər: "Xeyirdir, sən bizim kərəm sahibi olan qardaşımızsan.”
Həzrət Peyğəmbər (s) buyurdu: "Bugünkü sözüm Yusifin sözüdür.” Ömər dedi: "Mən öz sözümə görə peşmanam”.
Həzrət Əli (ə) buyurmuşdur: "Düşmənə qalib gələndə qələbənin şükrü olaraq düşməni bağışla.”
Hədisdə oxuyuruq: «Gənc insanın qəlbi daha kövrək olur. (Sonra bu ayəni oxuyub buyurdu): Yusif qardaşlarından gənc olduğu üçün onları dərhal bağışladı.»
Bildirişlər
1. Geniş qəlb rəyasət vasitəsidir.
2. Günaha yol vermiş insan etiraf etdikdə, onu utandırmayın, üzrünü qəbul edin.
3. Birini bağışlayanda bunu elan edin ki, başqaları da onu məzəmmət etməsin.
4. Yusif günahkar qardaşlarının tərbiyəsinə başladı. Biz də belə edək.
5. İnsanları dərhal bağışlamaq lazımdır.
6. Qüdrətə çatan zaman bağışlamaq övliyalıq səciyyəsidir.
7. Qəlbigenişliyi Yusifdən öyrənək. O həm öz haqqını bağışladı, həm də Allahdan qarşı tərəfin bağışlanmasını dilədi.
8.Bəndə bağışlayan yerdə mehribanların ən mehribanı olan Allahdan əfvdən başqa nə gözləmək olar?!
9. Peşman olanları bağışlamaq ilahi işdir.
10. Hətta illər uzunu Yusif və Yəqubu əziyyətə salanlar Allah tərəfindən bağışlana bilir.
11. Məzlumun zalımı bağışlaması zalımın Allah tərəfindən bağışlanması üçün zəmin yaradır. Amma həmin insanların bağışlanmasında Allahın mərhəməti də şərtdir.
12. Allahın "ərhəmər-rahimin” adı ilə vəsfi dua və tövbə qaydalarındandır

Tez-tez Verilən Suallar

Yusif surəsi 92-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 92-ci ayəsi nə haqqındadır?
Dedi: «Bu gün sizə qarşı heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır».
Yusif surəsi 92-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 92-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 92-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 92-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 92-ci ayənin təfsiri nədir?
"(Yusif ) dedi: Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır.” Nöqtələr "Təsrib” məzəmmət, günah saymaq və çoxlu danlaq mənalarını bildirir. Məkkənin fəthi günü müşriklər Kəbəyə sığınmışdılar. Ömər dedi: "Biz bu gün intiqam alacağıq.” Peyğəmbər (s) buyurdu: "Bu gün mərhəmət günüdür.” Sonra müşriklərdən soruşdu: "Bu gün mənim haqqımda fikriniz nədir?” Dedilər: "Xeyirdir, sən bizim kərəm sahibi olan qardaşımızsan.” Həzrət Peyğəmbər (s) buyurdu: "Bugü...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.