Yusif surəsi · 96-cı ayə

Beləliklə, müştuluqçu gəlib köynəyi onun üzünə atan kimi onun gözləri açıldı. Dedi: «Məgər sizə demədimmi ki, həqiqətən mən Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi (Yusufun diri olmasını və hicranın sona yetməsini) bilirəm?!»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 96
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Müjdə gətirən şəxs (Yusifin köynəyini gətirən qardaş) çatan kimi köynəyi Yəqubun çöhrəsinə sürtdü. Yəqubun gözü açıldı və dedi: Sizə demədimmi ki, həqiqətən, mən Allahdan (Allahın lütfündən) sizin bilmədiyiniz bir şey bilirəm.”
Nöqtələr
Gözün ağarması dedikdə onun nurunun azalması başa düşülür. "Bəsirən” dedikdə isə nurla dolu olmaq başa düşülür. Məlum olur ki, qəm-qüssə və şadlığın insanın necə görməsinə təsiri var. Amma məqsəd mütləq korluq olsa, Yəqubun gözünün açılması Quranın isbat etdiyi bir möcüzədir.
Dünyanın eniş-yoxuşu var. Yusifin qardaşları bir gün onun ölüm xəbərini gətirdilər, o biri gün hakim olması ilə müjdə verdilər.
Bildirişlər
1. Peyğəmbər elminin qaynağı ilahi elmdir.
2. İlahi peyğəmbərlər Allahın vədlərinə əmindirlər.
3. Yəqub öz övladlarından fərqli olaraq, Yusifin sağ olduğuna inanırdı və bu ayrılığın sona çatacağına əmin idi.
4. Qeyri-saleh övlad atanın korluğuna, saleh övlad isə gözünün açılmasına səbəb olur.
5. Təbiət qanunlarına Allahın iradəsi hakimdir.
6. Övliyaların libası və onlara aid olan başqa şeylər təsirli ola bilər.
7. Xalqın xoşlamadığı bir çox işlər faydalı ola bilər. Qıtlıq xoşagəlməz hal olsa da, bu vaxt Yusifin azadlığına, günahsızlığının sübutuna, hakimiyyətə çatmasına, Yəqubla görüşməsinə səbəb oldu.

Tez-tez Verilən Suallar

Yusif surəsi 96-cı ayə haqqında suallar və cavablar

Yusif surəsinin 96-cı ayəsi nə haqqındadır?
Beləliklə, müştuluqçu gəlib köynəyi onun üzünə atan kimi onun gözləri açıldı. Dedi: «Məgər sizə demədimmi ki, həqiqətən mən Allah tərəfindən sizin bilmədiyiniz bir şeyi (Yusufun diri olmasını və hicranın sona yetməsini) bilirəm?!»
Yusif surəsi 96-cı ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 96-cı ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 96-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 96-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 96-cı ayənin təfsiri nədir?
"Müjdə gətirən şəxs (Yusifin köynəyini gətirən qardaş) çatan kimi köynəyi Yəqubun çöhrəsinə sürtdü. Yəqubun gözü açıldı və dedi: Sizə demədimmi ki, həqiqətən, mən Allahdan (Allahın lütfündən) sizin bilmədiyiniz bir şey bilirəm.” Nöqtələr Gözün ağarması dedikdə onun nurunun azalması başa düşülür. "Bəsirən” dedikdə isə nurla dolu olmaq başa düşülür. Məlum olur ki, qəm-qüssə və şadlığın insanın necə görməsinə təsiri var. Amma məqsəd mütləq korluq olsa, Yəqubun gözünün açılması Quranın isbat etdiyi ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.