Əz-Zumər surəsi · 21-ci ayə
Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görürsən. Sonra onları çör-çöpə döndərir. Həqiqətən bunda (bu yaratmaq və yox etməkdə) əsl ağıl sahibləri üçün (dünyanın yox olması və ölümdən sonra axirət aləminin olması barəsində) ibrət və oyanma vardır.
Tez-tez Verilən Suallar
Əz-Zumər surəsi 21-ci ayə haqqında suallar və cavablar
Əz-Zumər surəsinin 21-ci ayəsi nə haqqındadır?
Məgər Allahın göydən (yağış, qar və dolu şəklində) su endirməsini, onu yerdə (yerin aşağı qatlarındakı) çeşmələrə daxil etməsini, daha sonra onun vasitəsi ilə müxtəlif bitkiləri (göyərti, dənli bitki və meyvələri) çıxardığını görmürsən? Sonra onların inkişafı sona çatır və onlar quruyurlar. Beləliklə onu saralmış görür...
Əz-Zumər surəsi 21-ci ayə hansı surədə yerləşir?
Əz-Zumər surəsi Quran-ı Kərimin 39-ci surəsidir. Bu surə Məkkəvi surədir və 21-ci ayə Əz-Zumər surəsinin tərkib hissəsidir.
Əz-Zumər surəsi 21-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əz-Zumər surəsinin 21-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.