"b" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "b" üzrə 5816 ayə tapıldı.
(Məadı inkar edən müşriklər) dedilər: «Bizim bu dünya həyatımızdan başqa bir həyat yoxdur; daim ölürük və dirilirik (bir dəstə ölür, bir dəstə dirilir və ya ruhun bir bədəndən digər bir bədənə keçməsi yolu ilə bir bədəndə ölür, digər bir bədəndə yenidən dirilirik) və bizi yalnız zamanın keçməsi öldürür (mələklər zamanın keçməsi ilə ruhları bir bədəndən digərinə keçirirlər və arada başlanğıc söhbəti yoxdur).» Onların bu iddiaya bir (dair) bilikləri yoxdur. Onlar yalnız güman edirlər.
Bizim (məad barəsindəki) aydın nişanə və dəlillərimiz onlara oxunan zaman onların «əgər doğruçusunuzsa bizim atalarımızı (qəbirlərdən çıxarıb) gətirin (biz də iman gətirək)» deməkdən başqa bir dəlilləri yoxdur.
De: «Allah sizə (əvvəlcə bu dünyada) həyat bəxş edir, sonra öldürür, daha sonra sizi barəsində şəkk-şübhə olmayan Qiyamət gününə toplayacaqdır. Lakin insanların çoxu bilmir.»
Göylərin və yerin həqiqi malik və sahibi Allahdır (çünki onların yaradılması, qorunması və məhv edilməsi Onun əlindədir). Batilə uyanlar Qiyamətin qopacağı gün, (bəli, məhz) həmin gün ziyana uğrayacaqlar.
(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür).»
Bu Bizim siz(in əməlləriniz)ə qarşı haqq və doğru danışan kitabımızdır. Çünki Biz sizin etdiklərinizin üzünü köçürürdük (və ya Lövhi-Məhfuzdan köçürür və sizin əməllərinizlə tutuşdururduq).
Buna görə də Rəbbləri iman gətirib yaxşı işlər görən kəsləri Öz mərhəmətinə daxil edəcəkdir. Bu, həmin aşkar uğurdur!
Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz.»
«Şübhəsiz, Allahın vədi haqdır və Qiyamət barəsində heç bir şəkk-şübhə yoxdur» deyilən zaman «biz Qiyamətin nə olmasını bilmirik; biz ancaq güman edirik və biz yəqinliyə çatmamışıq» deyirdiniz.
Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey (müxtəlif əzablar) onları bürüyəcəkdir.
Və (onlara) deyilər: «Siz (dünyada) bu günki görüşünüzü unutduğunuz kimi (Biz də) bu gün sizi unudacağıq (əzabın içində boşlayacağıq). Sizin yeriniz oddur və sizə əsla kömək edənlər olmayacaqdır.»
Bunun (bu əzabların) səbəbi sizin Allahın ayələrinə məsxərə etməyiniz və dünya həyatının sizi aldatmasıdır. Odur ki, bu gün onlar Cəhənnəmdən çıxarılmayacaq, üzrxahlığa çağırılmayacaq və onlardan Allahın razılığını əldə etmələri istənilməyəcək.
Göylərdə və yerdə böyüklük, yenilməzlik və hökmranlıq Ona məxsusdur və məğlubedilməz qüdrət və hikmət sahibi Odur (ki, yaradılışı möhkəm, idarəçiliyi sarsılmazdır).
Ha Mim. (Bunlar Allah tərəfindən Muhəmmədə (s) təlqin edilmiş sirlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur. Lakin heç kəsin onunla mübarizə aparmaq qüdrəti yoxdur. Bu kitabın «möhkəm», həmçinin bu cür «mütəşabih» ayələri vardır. And olsun Bizim hədsiz həlimliyimizə və mütləq hökmranlığımıza ki, talelərdə baş verənlər əzəli qəzavü-qədərin hökmündən keçmişdir.)
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq (uca və ağılın qəbul etdiyi bir hədəf üçün) və müəyyən müddətədək (varlıq aləminin quruluşunun pozulacağı Qiyamət gününədək) yaratmışıq. Küfr edənlər qorxudulduqları şeydən üz döndərirlər.
De: «Mənə xəbər verin, göstərin (görüm) Allahın yerinə çağırdıqlarınız (bütlər və digər şeylər) bu yerdən nə (hansı hissəni) yaratmışlar?» Yoxsa onlar göylərdə (göylərin yaradılmasında) şərikdirlər? Əgər doğru deyirsinizsə mənə bundan (bu Qur’andan) əvvəl olmuş bir kitab və ya (keçmiş nəsillərdən) qalmış elmi dəlil-sübut gətirin.
Kim Allahın yerinə Qiyamətə kimi ona cavab verməyəcək kimsələri çağıran kəsdən daha azğın ola bilər? Onlar bunların çağırışlarından (tamamilə) xəbərsizdirlər.
İnsanlar məhşərə gətirilən zaman məbudlar (cansız olsalar da) onlarla düşmən olar və onların ibadətlərini inkar edərlər. [Onlar da məbudlarla düşmən olar və onlara ibadəti inkar edərlər.]
5816 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
291 Səhifə