"b" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "b" üzrə 5816 ayə tapıldı.
Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin.
Şübhəsiz, küfr edən və Allahın yolundan üz döndərərək onun qarşısını alan, sonra (da) kafir olaraq ölənləri Allah əsla bağışlamayacaqdır.
Buna görə də üstün olduğunuz, Allah sizinlə birgə olduğu və sizin əməllərinizi heç vaxt mükafatsız qoymayacağı bir halda zəiflik və süstlük göstərməyin və (düşməni) barışığa dəvət etməyin.
Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Əgər iman gətirsəniz və təqvalı olsanız, O, sizin (dünya və axirət) mükafatlarınızı verəcəkdir və (bunun müqabilində) mallarınızı(n hamısını) da istəmir (sizin bəzinizdən xums və zəkat olaraq malınızın bir hisəssini – beşdə birini, onda birini, qırxda birini və bu kimi miqdarı istəyir).
Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.
Bilin ki, siz Allah yolunda xərcləməyə çağırılanlarsınız. Sizlərdən bəzisi xəsislik edir. Kim xəsislik etsə yalnız özünə qarşı xəsislik edir. Ehtiyacsız (zəngin) olan Allah, möhtac olan isə sizsiniz. Əgər (Onun dinindən) üz döndərsəniz sizin yerinizə digər bir dəstəni gətirər (və) onda onlar sizin kimi olmazlar.
Həqiqətən Biz sənə zəfər – (kafirlərə qarşı dəlil-sübutlarla və çoxlu qələbələrlə mübarizədə) aşkar bir zəfər bəxş etdik
ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın (kafirlərin onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları «Allah» kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini mərhəmətini şamil etməklə bağışlasın,) sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin
Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin (müxtəlif) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir.
Mömin kişi və qadınları həmişəlik qalmaları üçün (ev və ağaclarının) altından çaylar axan cənnətlərə daxil etmək və onların günahlarını təmizləmək üçün! Bu, Allah yanında böyük uğurdur.
Və Allah barəsində pis gümanda olan münafiq kişi və qadınlara, həmçinin müşrik kişi və qadınlara əzab versin. Zamanın pis hadisələrinə tuş gəlsinlər! Allah onlara qəzəb edib, onlara lənət edərək (rəhmətindən) uzaqlaşdırıb və onlar üçün Cəhənnəmi hazırlayıb. Ora pis dönüş yeridir!
Göylərin və yerin (müxtəlif) orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir.
(Ya Muhəmməd!) Həqiqətən Biz səni (ümmətinin əqidə və əməllərini dünyada görən və axirətdə şəhadət verən) şahid, (itaətkarlara) müjdə verən və (günahkarları) qorxudan (bir peyğəmbər) olaraq göndərdik.
(Göndərdik) ki, (siz insanlar) Allaha və Onun elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, böyük sayıb ehtiram göstərəsiniz və səhərlər və axşamlar Onu zikr edərək hər bir eyb və nöqsandan paklıqla xatırlayasınız.
Həqiqətən (Hüdeybiyyədə) sənə beyət edənlər əslində Allaha beyət edirlər. (Sənin) onların əlinin üstündə olan (əlin) Allahın əlidir. Buna görə də kim əhdi pozsa, yalnız öz ziyanına pozur və kim barəsində Allahla əhd bağladığı şeyə vəfa etsə (Allah) tezliklə ona böyük bir mükafat verəcəkdir.
Tezliklə bədəvi ərəblərdən (Hüdeybiyyədə səninlə birgə iştirak etməyib yerdə) qalanlar sənə deyəcəklər: «Mal-dövlət və ailələrimiz (onların qorunması) bizi (özünə) məşğul etdi. Odur ki, bizim üçün (Allahdan) bağışlanmaq dilə.» Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. De: «Əgər Allah sizə bir zərər və ya xeyir (vermək) istəsə Allahın qarşısında kim bir şeyə malikdir (və Onun istəyinin qarşısını ala bilər)?» Əksinə, Allah etdiklərinizdən həmişə (əzəldən) xəbərdardır.
(Sizin cihadı tərk etməyinizin əsas səbəbi o deyildi,) əksinə, siz bu Peyğəmbər və möminlərin heç vaxt öz adamlarının yanına qayıtmayacaqlarını (və Qüreyş kafirlərinin əli ilə öldürüləcəklərini) güman edirdiniz. Və bu (batil güman) qəlblərinizdə cilvələndi və (belə) pis gümana düşdünüz (ki, Allah Öz peyğəmbərinə kömək etməyəcəkdir). Siz fəsad törədən və məhvə layiq bir dəstə idiniz.
Kim Allaha və Onun Peyğəmbərinə iman gətirməsə (bilsin ki,) əlbəttə Biz kafirlər üçün şöləli bir od hazırlamışıq.
Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə edilməsi və məhvi Onun qəti iradəsindən asılıdır.) (Günahkarlardan) istədiyini bağışlayır və istədiyinə əzab verir. Allah həmişə bağışlayan və mehribandır.
5816 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
291 Səhifə