"b" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "b" üzrə 5816 ayə tapıldı.
Bu (da) sehrdir, yoxsa siz (dünyada onun hədələrini eşitmədiyiniz kimi indi də) görmürsünüz?!
Ona daxil olun və yanın. Səbr etsəniz də, səbr etməsəniz də sizin üçün eynidir. Siz yalnız etdiklərinizin müqabilində (və ya əməllərinizin təzahürü ilə) cəzalandırılırsınız.
Rəbblərinin onlara verdiyindən bəhrələnir və ondan sevinclə danışırlar. Rəbbləri onları cəhənnəm əzabından qorumuşdur.
(Özləri) iman gətirmiş və övladları imanda müəyyən qədər onlara tabe olmuş (lakin onlardan aşağı dərəcədə olan) kəslərin övladlarını (axirətdə və cənnətdə) onlara birləşdirəcək və (övladlarını onlara birləşdirməyimizə görə) onların əməllərindən bir şey azaltmayacağıq. Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır).
Onlar orada (içilməsi) boşboğazlıq və günah doğurmayan (şərab) qədəhləri(ni zarafat və məhəbbətlə) bir-birinin əlindən alarlar.
Və (qulluq etmək üçün) başlarına onlara məxsus, (gözəllik və saflıqda) sanki (sədəf içində) gizlənmiş inci olan yeniyetmə oğlanlar dolanarlar.
Onların bəzisi bəzisinə üz tutaraq bir-birindən (dünyadakı hallarının necə olmasını) soruşarlar.
Deyərlər: «Həqiqətən biz öncə (dünyada) ailəmizin içində (olarkən işin sonundan) qorxurduq.»
Əlbəttə, biz bundan əvvəl həmişə Onu çağırırdıq. Çünki yaxşılıq edən və mehriban məhz Odur.
Buna görə də (ey Peyğəmbər), öyüd nəsihət ver, ki sən Rəbbinin lütf və neməti sayəsində nə (cin və şeytanlardan ilham alan) kahinsən və nə də dəli!
De: «Gözləyin! Mən də mütləq, sizinlə gözləyənlərdənəm (Allahın əzabının sizə gəlməsini gözləyirəm).»
Bunu (bu sözləri) onlara ağılları əmr edir, yoxsa onlar (haqqa təslim olmayan) azğın bir dəstədirlər?
Yoxsa «bunu (Qur’anı) özündən uydurub» deyirlər? (Xeyir!) Əksinə, onlar (həqiqəti bilə-bilə) iman gətirmirlər.
Buna görə də əgər (Qur’anın insanın uydurması olması barəsində dediklərində) doğruçudurlarsa, onun kimi (Qur'an kimi) bir kəlam gətirsinlər.
Məgər onlar (başqalarının yaradıldıqlarından) qeyri bir şeydən yaradılıblar (ki, onların boynuna Allaha şərik qoşmamaq vəzifəsi qoyulmasın), yoxsa özləri özlərinin yaradanıdırlar (ki, Allahın əmrini qəbul etməsinlər)?!
Yoxsa göyləri və yeri onlar yaradıblar (ki, əmrə tabe olmaqdan üstün olsunlar)? (Xeyir,) əksinə, onların yəqinlikləri yoxdur.
5816 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
291 Səhifə