Əl-Bələd surəsi - Ayə 10 #90:10 Və ona (ağıl vermək və peyğəmbər göndərməklə) iki yolu (maddi və mənəvi cəhətdən xeyir və şər yolunu) göstərmədikmi?!
Əl-Bələd surəsi - Ayə 17 #90:17 Bunlardan əlavə, iman gətirən və bir – birinə səbr, mehribanlıq və bağışlamaq tövsiyə edən kəslərdən olmaqdır.
Əl-Bələd surəsi - Ayə 19 #90:19 Bizim ayələrimizi və nişanələrimizi inkar edənlər isə nəhslik və bədbəxtlik əshabıdırlar (sahibləridirlər).
Əl-Bələd surəsi - Ayə 20 #90:20 Onlar üçün hər yanı qapalı bir od vardır (yaxıb – yandırması çoxdur, çıxış yolu isə bağlıdır).
Əş-Şəms surəsi - Ayə 7 #91:7 Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
Əş-Şəms surəsi - Ayə 9 #91:9 Nəfsini (etiqad və əxlaq kamallarında) təkamülə çatdıran və (fikir və nəfs pisliklərindən) onu təmizləyən kəs şübhəsiz, nicat tapmışdır!
Əş-Şəms surəsi - Ayə 10 #91:10 Və (nəfsini) pisliklərə bulaşdırıb cəhalət, küfr və pozğunluq pərdəsi altında gizlədən kəs, şübhəsiz, ziyana uğramışdır!
Əş-Şəms surəsi - Ayə 12 #91:12 Onların ən bədbəxti ayağa qalxdığı (Salehin dəvəsini öldürmək üçün könüllü olduğu) zaman