Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).
Şübhəsiz, mömin kişilərə və möminə qadınlara əzab və işkəncə verib sonra da tövbə etməyən kimsələr üçün cəhənnəm(in cürbəcür) əzabı və yandırıb-yaxan atəş əzabı vardır. (Bu ayədə ilk üç andın məqsədi göstərilir və dördüncü ayədən doqquzuncu ayəyədək and içilənlərin başlarına gətirilənlər şərh edilir.)
Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru – düzgün biçim verənə. (Bədən üzvlərini bir – birinə mütənasib və xüsusiyyətlərini isə həm bədən, həm də xarici mühitlə uyğun yaradana).
Və and olsun Sina dağına (Allah Musa ilə orada danışmış və Tövratı üç gün dalbadal ayaq üstə qalan Musanın qulağına çatdırmış, onun qəlbinə nazil etmişdi).
Həqiqətən, Biz insanı(n cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düzgün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik).
Belə deyildir! (Onun güman etdiyi kimi deyil. O güman edir ki, ona əzab verməyəcəyik). Şübhəsiz, əgər (inadından) əl çəkməsə, onun kəkilindən yapışıb (əzaba doğru) sürüyəcəyik.
Lakin (səmavi) kitab verilən kəslər onlara yalnız açıq-aydın dəlil (Peyğəmbər və Qur’an) gəldikdən sonra (etiqadlarında) təfriqəyə və ixtilafa düşdülər (və onu qəbul etmək məsələsində parçalandılar).
Halbuki, onlara (bu səmavi kitabda) yalnız bu əmr edilmişdi ki, öz etiqadlarında, dinlərində və itaətlərində Allaha ixlasla və Haqqa dönərək ibadət etsinlər, namaz qılsınlar və zəkat versinlər. Sabit və möhkəm din budur!