"mala" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "mala" üzrə 154 ayə tapıldı.
Şübhəsiz, o böyük böhtanı (Peyğəmbərin – səlləlahu əleyhi və alihi və səlləm – zövcələrindən birinə pis iş isnad vermək böhtanını araya) gətirənlər siz(in özünüz)dən olan mütəşəkkil və yekdil bir dəstədirlər. Onu öz ziyanınıza saymayın, əksinə, o sizin xeyrinizədir. (Çünki o, pakların bəraət qazanmalarına və yalançı və münafiqlərin rüsvay olmalarına səbəb olur.) Onların hər biri üçün qazandığı günahın cəzası vardır. Onlardan bu böhtanın əsas hissəsini öhdəsinə götürən (onu yaymaqla daha çox məşğul olan və daha çox etiraz edən) kəs üçün isə böyük bir əzab vardır.
Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşiş verməkdə simiclik etməsinlər və bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır.
Göylərin və yerin həqiqi sahiblik və hökmranlığı Allaha məxsusdur. (Çünki onların yaradılmaları, qorunmaları, idarə olunmaları və yox edilmələri – bunların hamısı Onun istəyi ilədir.) Və (həyata gəlib sonra ölən hər bir kəsin) qayıdış(ı) Allaha tərəfdir.
(Heyz və hamiləlikdən kəsildiyi üçün təbii olaraq) evlənmək (cinsi yaxınlıq) meylləri olmayan qoca qadınların öz zinət və bəzəklərini göstərmədən (baş örtüyü və bu kimi üst) paltarlarını çıxarmalarında bir günah yoxdur. İffətli olmaları onlar üçün daha yaxşıdır. Allah eşidən və biləndir.
İki dənizi bir-birinə birləşdirən Odur. Onlardan biri(nin suyu) dadlı və şirin, o biri isə şor və acıdır. O, onların arasında (bir-birlərinə qarışmamaları üçün Öz qüdrəti ilə) möhkəm maneə yaratmışdır. (Böyük şirin çaylar dənizə tökülür və onların şirin suyu şor suyun ortasında geniş bir ərazidə şor suya qarışmadan qalır.)
(Musa) dedi: «O, göyləri, yeri və onların arasında olanları idarə və tərbiyə edəndir, əgər yəqinlik əhli olsanız, (gözəl şəkildə idarə və tərbiyə olunmalarından, onları idarə və tərbiyə edənin varlığını dərk edə bilərsiniz)».
Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
Məgər, gecəni rahatlıqları üçün yaratdığımızı və gündüzü (iş-güclə məşğul olmaları üçün) işıqlı etdiyimizi görmədilərmi? Həqiqətən bunda (bu yaradılışda) iman gətirən bir tayfa üçün (qüdrət və hikmətdən) nişanələr vardır.
(Yada sal) o günü ki, (ilk dəfə) Sur çalınar. Allahın istədiklərindən başqa (məsələn ilk dəfə ölümü dadan ruhlar kimi) göylərdə və yerdə olanların (canlıların) hamısı vəhşətə düşər (və ölərlər). Və Surun (ikinci dəfə) çalınacağı gün Allahın (məhşər dəhşətindən amanda qalmalarını) istədiyi kəslərdən savayı göylərdə və yerdə olanların hamısı (dirilərək) vəhşətə düşər. Dirilənlərin hamısı (Surun üçüncü dəfə çalınması ilə) müti və zəlil bir vəziyyətdə (hesab-kitab üçün) Ona (tərəf) gələrlər.
Biz Musanın anasına sirli və sürətli bir şəkildə ilham etdik: «Onu əmizdir, elə ki, ondan ötrü (Fironun adamlarının ondan xəbər tutmalarından) qorxdun, onu (bir sandığın içərisinə qoy və) dəryaya at. Qorxma və qəmgin olma, şübhəsiz, Biz onu sənə qaytararıq və özünü də şəriət sahibi olan peyğəmbərlərdən edərik».
Yoxsa (Biz) onlara şərik qoşmalarını (doğruluğunu) söyləyən (təsdiq edən, yaxud şərik qoşduqları məbudların, tanrıların xeyrinə danışan) bir dəlil-sübutmu nazil etmişik.
(Qorxaq münafiqlər) elə bilirlər ki, «əhzab» (dəstələr Mədinənin ətrafından hələ də) getməmişlər (və buna görə də qorxu və vahimə içərisindədirlər). Əgər «əhzab» (dəstələr) (yenidən) qayıtsa(lar), onlar səhrada bədəvilər arasında olmalarını istərlər ki, sizin (döyüş barədə) xəbərlərinizi soruşalar. Əgər sizin aranızda da olsaydılar az bir qismi döyüşərdi.
Və Allah kafir olan kəsləri onlar hirsli və qəzəbli olduqları, heç bir mala və qələbəyə nail olmadıqları halda geri oturtdu və möminlərin döyüş çətinliyini (aradan) qaldırdı. Allah daim güclüdür, qüdrətli qalibdir.
(Zövcələrinlə olan rəftarın və vaxtları onlarla bölmək barəsində) onlardan hansını istəsən növbəsini təxirə salar və hansına da istəsən öz yanında yer verərsən. Uzaqlaşdırdığından hansını (yenidən) tələb etsən, sənə heç bir günah yoxdur. Bu, (hökm, onların hamısının ixtiyarı sənin əlində olması) onların gözlərinin işığa gəlməsinə (göz aydınlıqlarına) və qəmgin olmamalarına və onlara verdiyin (növbət)ə hamılıqla razı olmalarına daha yaxındır (uyğundur). (Çünki sənin rəftarının ədalət üzərində və vəhy ilə əlaqədar olduğunu görürlər) və Allah sizin qəlblərinizdəkiləri bilir və Allah həmişə (hər şeyi) biləndir və həlimdir.
(And olsun) saxlayanlara (bəşər övladını günahlardan saxlayan; buludları bir yerdən digər bir yerə qovan mələklərə; pisliklərdən qoruyan Qur’an ayələrinə; pis əməllərdən saxlayan möminlərə) ki, İlahi tərəfindən (yaradılış və şəriət) saxlamaları vardır.
Beləliklə, (gəmidə yaranmış təhlükəyə görə müsafirlərin bəzilərinin suya atılmaları lazım gəldikdə) o, püşk atmada iştirak etdi və məğlublardan oldu.
(Mələklər özlərinin rəbb olmalarını inkar edərək deyərlər:) «Bizim hər birimizin (Allah yanında) müəyyən məqam və rütbəsi vardır.»
(Sonra dedik:) «Ey Davud! Biz səni yer üzündə (Öz) xəlifə(miz) etdik. Buna görə də insanların arasında haqq əsasında hökm çıxar və nəfsi istəklərə tabe olma ki, o, səni Allahın yolundan azdırar. Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır.»
(Həmçinin deyərlər:) Ey Rəbbimiz! Bunu (bu vəziyyəti) bizim qarşımıza çıxaran kəsin oddakı əzabını (özlərinin və bizi azdırmalarının əzabı olaraq) ikiqat artır!
Buna görə də səbr et. Əlbəttə Allahın (onların məğlub və əzaba düçar olmaları barəsindəki) vədi haqdır. Əgər onlara vəd etdiyimizin bəzisini sənə göstərsək və yaxud (onlardan qabaq) sənin canını alsaq, onların hamısı Bizə tərəf qaytarılacaqlar (və sən axirətdə onların cəzasını görəcəksən).
154 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
8 Səhifə