Ali-İmran surəsi · 149-cu ayə

Ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, sizi geriyə (cahiliyyət dövrünün küfr və nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 149
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi keçmişdəkilərinizin kafir ayinlərinə qaytararlar. Siz də yenidən ziyankarlığa qayıdarsınız.”
Nöqtələr
Bu ayənin nazil olma şənində bildirilir ki, Ühüd döyüşündə müsəlmanlar məğlub olduqları vaxt münafiqlərin rəhbəri Abdullah ibn Ubəyy fəryad çəkib dedi: "Öz müşrik qardaşlarınıza qoşulun və əvvəlki bütpərəstliyi davam etdirin.”("Təfsire-Nurus-səqəleyn”. )
Bildirişlər
1. Dindən çıxma və azğınlıq təhlükəsi möminlərə qarşı pusqudadır.
2. Eniş-yoxuşlarda düşmən təbliğatlarından və vəsvəsələrindən ehtiyatlı olun. Məbada tədricən onlara meyl edəsiniz.
3. İman gətirdikdən sonra küfrə uğrama irtica və süqutdur.
4. Əsl zərər iman və düşüncə sərmayəsini əldən vermək, behişti əldən buraxıb, cəhənnəmi götürməkdir.
5. Döyüş meydanında məğlubiyyət ziyan deyil. Etiqad məğlubiyyəti yetərincə böyük ziyandır.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 149-cu ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 149-cu ayəsi nə haqqındadır?
Ey iman gətirənlər, əgər kafirlərə itaət etsəniz, sizi geriyə (cahiliyyət dövrünün küfr və nadanlığına) qaytararlar, beləliklə də ziyana uğrayarsınız.
Ali-İmran surəsi 149-cu ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 149-cu ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 149-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 149-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 149-cu ayənin təfsiri nədir?
"Ey iman gətirənlər! Əgər kafirlərə itaət etsəniz, onlar sizi keçmişdəkilərinizin kafir ayinlərinə qaytararlar. Siz də yenidən ziyankarlığa qayıdarsınız.” Nöqtələr Bu ayənin nazil olma şənində bildirilir ki, Ühüd döyüşündə müsəlmanlar məğlub olduqları vaxt münafiqlərin rəhbəri Abdullah ibn Ubəyy fəryad çəkib dedi: "Öz müşrik qardaşlarınıza qoşulun və əvvəlki bütpərəstliyi davam etdirin.”("Təfsire-Nurus-səqəleyn”. ) Bildirişlər 1. Dindən çıxma və azğınlıq təhlükəsi möminlərə qarşı pusqudadır. 2. ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.