Ali-İmran surəsi · 151-ci ayə

Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ali-İmran surəsi / ayə 151
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Küfr edən kəslərin qəlbinə tezliklə qorxu salacağıq. Çünki onlar dəlili nazil edilməmiş bir şeyi Allaha şərik qoşmuşlar. Onların yeri cəhənnəm odudur. Zalımların yeri necə də pisdir!”
Nöqtələr
Ühüddə müsəlmanlar məğlub olduqdan sonra Əbu-Süfyan və onun qoşunu bir müddət Mədinə ətrafında qaldı. Onlar deyirdilər: "Müsəlmanlar məhv oldular, onlardan kim qaldısa qaçdı. Yaxşı olar ki, geri dönüb onların kökünü kəsək.” Amma Allah onların qəlbinə elə bir qorxu saldı ki, məğlub olmuş kimi Məkkəyə qayıtdılar. Çünki onlar müsəlmanların hücum edəcəyindən qorxurdular.("Mənaqib”, c. 1, səh. 126. )
Bildirişlər
1. Allah düşmənin qəlbinə qorxu salmaqla müsəlmanlara yardım edir.
2. Allahdan qeyrisinə arxalanmaq şirk və qorxu amilidir. Necə ki, iman və Allah zikri arxayınlıq yaradır.
3. Müşriklər öz iddialarına dəlil gətirməkdə acizdirlər.
4. Əqidə məsələləri məntiq və dəlilə əsaslanmalıdır.
5. Dəlil qəlblərə nazil olmuş ilahi nurdur. Müşriklərdə belə bir nur yoxdur.
6. Şirk zülmdür. Ona görə ayənin sonunda zalımların pis sığınacağına işarə olunur.

Tez-tez Verilən Suallar

Ali-İmran surəsi 151-ci ayə haqqında suallar və cavablar

Ali-İmran surəsinin 151-ci ayəsi nə haqqındadır?
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.
Ali-İmran surəsi 151-ci ayə hansı surədə yerləşir?
Ali-İmran surəsi Quran-ı Kərimin 3-ci surəsidir. Bu surə Məkkəvi surədir və 151-ci ayə Ali-İmran surəsinin tərkib hissəsidir.
Ali-İmran surəsi 151-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ali-İmran surəsinin 151-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ali-İmran surəsi 151-ci ayənin təfsiri nədir?
"Küfr edən kəslərin qəlbinə tezliklə qorxu salacağıq. Çünki onlar dəlili nazil edilməmiş bir şeyi Allaha şərik qoşmuşlar. Onların yeri cəhənnəm odudur. Zalımların yeri necə də pisdir!” Nöqtələr Ühüddə müsəlmanlar məğlub olduqdan sonra Əbu-Süfyan və onun qoşunu bir müddət Mədinə ətrafında qaldı. Onlar deyirdilər: "Müsəlmanlar məhv oldular, onlardan kim qaldısa qaçdı. Yaxşı olar ki, geri dönüb onların kökünü kəsək.” Amma Allah onların qəlbinə elə bir qorxu saldı ki, məğlub olmuş kimi Məkkəyə qayıt...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.