Əl-Bəqərə surəsi · 41-ci ayə

Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Bəqərə surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
41. وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً وَإِيَّايَ فَاتَّقُونِ
"(Quranda) nazil etdiyimə iman gətirin ki, sizinlə olanı (Tövratı) təsdiq edir. Ona ilkin kafir olmayın. Mənim ayələrimi heç nəyə satmayın və təkcə Məndən qorxun.”
Nöqtələr
Ayə yəhudi alimlərinə xitab edərkən buyurur: "Quran sizin Tövratda olan müjdələrlə uyğundur. (Söhbət bütün hökmlərdəki uyğunluqdan yox, ümumi və icmali bir həmahənglikdən gedir.) Bir zaman İslamın zühurunu təbliğ edib, yolunu gözləyirdiniz. İndi küfrdə qabağa düşməyin ki, sizə baxaraq başqa yəhudilər də İslamdan boyun qaçırsınlar. İlahi ayələri ucuz dünya rəyasətinə satmayın və Allahdan qorxun.

Bildirişlər

1. Xalqın düzgün etiqadlarını qəbul edək ki, onlar da bizim sözlərimizi qəbul etsinlər.
2. Tövrat və İncilin bəzi hissələrindəki təhriflər onların digər hissələrinin qəbuluna mane olmasın.
3. Alimlərin azğınlığı başqalarının da azğınlığına səbəb olur.
4. Alimlərin susmasının və haqqı gizlətməsinin rəmzi onların maddiyyata bağlılıqlarıdır.
5. Dünya nemətlərinin azlığını nəzərə alsaq, bütün dünya nemətlərinə çatmaq bir an azğınlığa dəyməz.
6. Var-dövlət və məqamı itirməkdən nigaran olmaq əvəzinə, Allahın qəhr və qəzəbindən qorxmaq lazımdır.

Tez-tez Verilən Suallar

Əl-Bəqərə surəsi 41-ci ayə haqqında suallar və cavablar

Əl-Bəqərə surəsinin 41-ci ayəsi nə haqqındadır?
Sizinlə olanın (Tövrat və İncilin) təsdiqləyicisi olan nazil etdiyimizə (Qur’ana) iman gətirin və ona ilk kafirlər olmayın (ki, gələcək nəsillər də sizə tabe olub həmişəlik kafir olsunlar). Və Mənim ayələrimlə (onları təhrif etməklə, aradan aparmaqla və səhv yozmaqla) az bir dəyər əldə etməyin və yalnız Məndən qorxun!
Əl-Bəqərə surəsi 41-ci ayə hansı surədə yerləşir?
Əl-Bəqərə surəsi Quran-ı Kərimin 2-ci surəsidir. Bu surə Məkkəvi surədir və 41-ci ayə Əl-Bəqərə surəsinin tərkib hissəsidir.
Əl-Bəqərə surəsi 41-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Bəqərə surəsinin 41-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Bəqərə surəsi 41-ci ayənin təfsiri nədir?
41. وَآمِنُواْ بِمَا أَنزَلْتُ مُصَدِّقاً لِّمَا مَعَكُمْ وَلاَ تَكُونُواْ أَوَّلَ كَافِرٍ بِهِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَناً قَلِيلاً وَإِيَّايَ فَاتَّقُونِ "(Quranda) nazil etdiyimə iman gətirin ki, sizinlə olanı (Tövratı) təsdiq edir. Ona ilkin kafir olmayın. Mənim ayələrimi heç nəyə satmayın və təkcə Məndən qorxun.” Nöqtələr Ayə yəhudi alimlərinə xitab edərkən buyurur: "Quran sizin Tövratda olan müjdələrlə uyğundur. (Söhbət bütün hökmlərdəki uyğunluqdan yox, ümumi və icmali bir həmahən...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.