Əl-Ənam ‏ surəsi · 146-cı ayə

Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 146
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Yəhudilərə bütün dırnaqlıları haram etdik. İnək və qoyunun piyini - bellərinə, bağırsaqlarına və sümüklərinə yapışan miqdar istisna olmaqla - yəhudilərə haram buyurduq. Bu onların yol verdiyi zülmə görə Bizim cəzamızdır və Biz həqiqətən doğruçularıq.”
Nöqtələr
Ötən ayədə İslamdakı haramlar, bu ayədə yəhudilər üçün müəyyənləşdirilmiş haramlar haqqında danışıldı. Aydın oldu ki, müşriklərin xurafi əqidələri heç bir səmavi dinlə uyğun deyil. 
"Zufur” dırnaq deməkdir. Amma bəzi heyvanların (məsələn, atın, dəvənin) çatsız dırnaqları da "zufur” adlanır. Beləcə, dırnağı çatsız dördayaqlılar və quşlar yəhudilərə haram edildi. 
"Həvaya” qarının daxilindəkilərə deyilir. 
"Nisa” surəsinin 160-cı ayəsində oxuyuruq: "Bəzi pak şeyləriN yəhudilərə haram olmasının səbəbi onların yol verdiyi zülmlər idi. Yəhudilər də müşriklər kimi bəzi şeyləri özlərinə haram etmişdilər.” Başqa ayələrdə də bu sayaq buyruqlarla rastlaşırıq. 
Yəhudilərə bəzi şeylər müvəqqəti olaraq haram edilmişdi. Bu haramlar həzrət İsa vasitəsi ilə aradan qaldırıldı. 
İlahi hökmlər üç növdür: "Əksər hökmlərdə olduğu kimi, məsləhət və ya fəsad əsas götürülən hökmlər; İsmailin qurban kəsilməsi əmri kimi sınaq xarakterli hökmlər; uyğun ayədə nümunəsi ilə rastlaşdığımız ilahi əzab məqsədli hökmlər.
Bildirişlər
1. Bəzən müxaliflərin və düşmənlərin qidalarının məhdudlaşdırılması üçün maneə olmur.
2. İlahi cəza təkcə axirətə yox, həm də dünyaya aiddir.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 146-cı ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 146-cı ayəsi nə haqqındadır?
Yəhudilərə bütün dırnaqlı heyvanları haram etdik. Həmçinin onlara inək və qoyundan onların bədənlərinin piyini - bellərinə və ya bağırsaqlarına yapışmış, yaxud sümüyə qarışmış (piylər) istisna olmaqla - haram etdik. Bu (haram), onlara etdikləri zülmlərinə görə verdiyimiz cəzadır. Biz həqiqətən doğru danışanıq.
Əl-Ənam ‏ surəsi 146-cı ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 146-cı ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 146-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 146-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 146-cı ayənin təfsiri nədir?
"Yəhudilərə bütün dırnaqlıları haram etdik. İnək və qoyunun piyini - bellərinə, bağırsaqlarına və sümüklərinə yapışan miqdar istisna olmaqla - yəhudilərə haram buyurduq. Bu onların yol verdiyi zülmə görə Bizim cəzamızdır və Biz həqiqətən doğruçularıq.” Nöqtələr Ötən ayədə İslamdakı haramlar, bu ayədə yəhudilər üçün müəyyənləşdirilmiş haramlar haqqında danışıldı. Aydın oldu ki, müşriklərin xurafi əqidələri heç bir səmavi dinlə uyğun deyil.  "Zufur” dırnaq deməkdir. Amma bəzi heyvanların (məsələn,...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.