Əl-Ənam ‏ surəsi · 161-ci ayə

De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 161
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"De ki, həqiqətən, Rəbbim məni doğru yola, müşriklərdən olmamış İbrahimin haqq ayinindən ibarət möhkəm dinə hidayət edib.”
Nöqtələr
"Qiyəm” sözü düzlük, möhkəmlik mənalarını bildirir. Bəli, o din möhkəm və əbədi qalacaq ki, bu dünyanın maddi və mənəvi məsələlərinə və o biri dünyaya diqqət yetirmiş olsun.
İmam Hüseyn (ə) buyurmuşdur: "Biz və bizim şiələrdən savay kimsə İbrahim ayinlərinə ardıcıl deyil.” 
Bildirişlər
1. Peyğəmbərin (s) buyruqları və təlimləri onun şəxsi baxışı deyil. Bütün bunlar xalqa bəyan olunası ilahi vəhy mətnidir.
2. Doğru yol peyğəmbərin yoludur.
3. Hidayət yalnız Allahın işidir. Peyğəmbərlər də ilahi hidayətlə doğru yolu tapırlar.
4. Hidayət rübubiyyət şənindəndir.
5. İbrahimin yolu şirk qatqılı düşüncələr yox, təkallahçılıqdır. (Müşriklər öz azğın əqidələrini İbrahimə aid edirdilər.)
6. Bütlərin sındırılması və şirkdən üz döndərmə təkcə İslam peyğəmbərinə aid deyil. O, həzrət İbrahimin yolunu gedərək belə etmişdir.
7. Tövhid dinlərinin əsası tarix boyu bir olmuşdur. İslam həzrət İbrahimin ayinidir. Şirkə nifrət bütün peyğəmbərlərin yoludur.

Tez-tez Verilən Suallar

Əl-Ənam ‏ surəsi 161-ci ayə haqqında suallar və cavablar

Əl-Ənam ‏ surəsinin 161-ci ayəsi nə haqqındadır?
De: «Şübhəsiz, Rəbbim məni doğru yola - sabit (və bəşəriyyətin səadətini təmin edən) bir dinə və haqpərəst olan və əsla müşriklərdən olmamış İbrahimin ayininə hidayət edib.»
Əl-Ənam ‏ surəsi 161-ci ayə hansı surədə yerləşir?
Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 161-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
Əl-Ənam ‏ surəsi 161-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənam ‏ surəsinin 161-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənam ‏ surəsi 161-ci ayənin təfsiri nədir?
"De ki, həqiqətən, Rəbbim məni doğru yola, müşriklərdən olmamış İbrahimin haqq ayinindən ibarət möhkəm dinə hidayət edib.” Nöqtələr "Qiyəm” sözü düzlük, möhkəmlik mənalarını bildirir. Bəli, o din möhkəm və əbədi qalacaq ki, bu dünyanın maddi və mənəvi məsələlərinə və o biri dünyaya diqqət yetirmiş olsun. İmam Hüseyn (ə) buyurmuşdur: "Biz və bizim şiələrdən savay kimsə İbrahim ayinlərinə ardıcıl deyil.”  Bildirişlər 1. Peyğəmbərin (s) buyruqları və təlimləri onun şəxsi baxışı deyil. Bütün bunlar ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.