Əl-Ənam ‏ surəsi · 78-ci ayə

Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.»

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənam ‏ surəsi / ayə 78
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Elə ki günəşi doğmuş gördü, dedi: "Budur mənim Rəbbim! Bu, (ayla ulduzdan) daha böyükdür.” Amma elə ki, (günəş) qürub etdi, dedi: "Ey mənim qövmüm! Həqiqətən, mən Allaha şərik qoşduğunuza düşmənəm.”

     

    Nöqtələr
    Bu ayədə də həzrət İbrahim öz əqidəsini yox, qarşı tərəfin əqidəsini ortaya qoyur. "Sizin şərik qoşduğunuz” ifadəsi həzrət İbrahimin şəxsən özünün aya, günəşə və ulduza sitayiş etmədiyini göstərir. 
    Bildirişlər
    76-cı ayənin bir, iki və üçüncü bildirişləri bu ayə üçün də qüvvədədir.
    4. Cisimlərin kiçik-böyüklüyü mühüm deyil. Bütün cisimlər dəyişən və müvəqqətidir. Ona görə də cismi Allah saymaq olmaz.
    5. Haqqın təlim və batilin tənqid üsulu addım-addım olmalıdır. Əvvəlcə ulduz və ay, nəhayət, günəş inkar olunur.
    6. Şirkdən cana yığılma, şirklə düşmənçilik İbrahimə xas bir fəryaddır.
    7. Düşmənçilik fərdlərlə yox, şirkə yönəlmişdir.
    8. Əvvəlcə dəlillər bəyan olunmalı, sonra arxa çevrilməlidir. (Əvvəlcə tülu və qürub bəyan olundu, sonra şirkə arxa çevrildi.)

    Tez-tez Verilən Suallar

    Əl-Ənam ‏ surəsi 78-ci ayə haqqında suallar və cavablar

    Əl-Ənam ‏ surəsinin 78-ci ayəsi nə haqqındadır?
    Elə ki, günəşi çıxan və (üfüqlərə) işıq saçan halda gördü, dedi: «Bu mənim Rəbbimdir, bu daha böyükdür!» (Günəş) batanda isə dedi: «Ey mənim qövmüm, həqiqətən mən sizin (Allaha) şərik qoşduqlarınızdan uzağam.»
    Əl-Ənam ‏ surəsi 78-ci ayə hansı surədə yerləşir?
    Əl-Ənam ‏ surəsi Quran-ı Kərimin 6-ci surəsidir. Bu surə Məkkəvi surədir və 78-ci ayə Əl-Ənam ‏ surəsinin tərkib hissəsidir.
    Əl-Ənam ‏ surəsi 78-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
    Bəli, Əl-Ənam ‏ surəsinin 78-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
    Əl-Ənam ‏ surəsi 78-ci ayənin təfsiri nədir?
    "Elə ki günəşi doğmuş gördü, dedi: "Budur mənim Rəbbim! Bu, (ayla ulduzdan) daha böyükdür.” Amma elə ki, (günəş) qürub etdi, dedi: "Ey mənim qövmüm! Həqiqətən, mən Allaha şərik qoşduğunuza düşmənəm.”   Nöqtələr Bu ayədə də həzrət İbrahim öz əqidəsini yox, qarşı tərəfin əqidəsini ortaya qoyur. "Sizin şərik qoşduğunuz” ifadəsi həzrət İbrahimin şəxsən özünün aya, günəşə və ulduza sitayiş etmədiyini göstərir.  Bildirişlər 76-cı ayənin bir, iki və üçüncü bildirişləri bu ayə üçün də qüvvədədir. 4. Cis...
    Bu ayəni ərəbcə necə oxumaq olar?
    Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.