Əl-Ənbiya surəsi · 90-cu ayə

Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə dua edərək istək diləyir və həmişə Bizim qarşımızda itaətkar və qorxan idilər.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Ənbiya surəsi / ayə 90
MÖHSÜN QƏRAƏTİ 13.05.2026

“Onun duasını qəbul etdik və Yəhyanı ona bağışladıq. Zövcəsini onun üçün ləyaqətə çatdırdıq. Həqiqətən, onlar yaxşı işlərə tələsdilər, bizi ümid və qorxu ilə çağırdılar, hüzurumuzda müti dayandılar.”

Bildirişlər

  1. Heç vaxt Allahın mərhəmətindən ümidimizi üzməyək. (Allah hətta Zəkəriyya kimi qocaya sonsuz zövcədən övlad əta edir.)

  2. Duada “Rəbb” sözü ilə müraciət və onun təkrarı istəkləri qəbula yaxınlaşdırır.

  3. Dua zamanı Allahı bizim istəyimizə uyğun gələn sifəti ilə yada salaq.

  4. Allahın varislərin ən xeyirlisi olmasına iman övlad məhəbbəti və Allahdan övlad istəyi kimi təbii meyllərlə zidd deyil.

  5. Peyğəmbərlərin duası qəbuldur.

  6. Övlad Allahın ətasıdır.

  7. Allahın Öz övliyalarına xüsusi diqqəti var.

  8. Allah hər şeyə qadirdir, O, sonsuz qadını ana edə bilər.

  9. İnsan dua vasitəsi ilə sonsuzluğu aradan qaldıra bilər.

  10. Kamil səadət o zaman əldə olunur ki, bütün ailə üzvləri xeyir işlərin yerinə yetirilməsində bir-birləri ilə həmfikir olsunlar.

  11. İşlərə dəyər verən onların sürət və şadlıqla yerinə yetirilməsidir.

  12. Ümid və qorxu hətta peyğəmbərlər üçün də dəyərli olan iki ünsürdür.

  13. Allaha qorxu və ümid halında dua etmək lazımdır.

  14. Allahın övliyaları yalnız Onun qarşısında baş əyirlər.

  15. Kamilliklər davamlı olduqda dəyər sayılır.

  16. Xeyir işə tələsmək, ümid və qorxu halında dua etmək duanın qəbuluna təsir göstərir.

Tez-tez Verilən Suallar

Əl-Ənbiya surəsi 90-cu ayə haqqında suallar və cavablar

Əl-Ənbiya surəsinin 90-cu ayəsi nə haqqındadır?
Biz onun istəyini yerinə yetirdik və ona Yəhyanı bağışladıq. Və (qocalmış, əvvəldən qısır olan) zövcəsini də (cavanlaşdırmaq və ona doğmaq qüdrəti əta etməklə) onun üçün (doğmağa) layiq etdik. Çünki onlar (Zəkəriyyanın ailəsi və ya bütün keçmiş peyğəmbərlər) həmişə xeyir işlərə tələsir, həmişə ümid və qorxu ilə Bizə du...
Əl-Ənbiya surəsi 90-cu ayə hansı surədə yerləşir?
Əl-Ənbiya surəsi Quran-ı Kərimin 21-ci surəsidir. Bu surə Məkkəvi surədir və 90-cu ayə Əl-Ənbiya surəsinin tərkib hissəsidir.
Əl-Ənbiya surəsi 90-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Ənbiya surəsinin 90-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Ənbiya surəsi 90-cu ayənin təfsiri nədir?
“Onun duasını qəbul etdik və Yəhyanı ona bağışladıq. Zövcəsini onun üçün ləyaqətə çatdırdıq. Həqiqətən, onlar yaxşı işlərə tələsdilər, bizi ümid və qorxu ilə çağırdılar, hüzurumuzda müti dayandılar.”BildirişlərHeç vaxt Allahın mərhəmətindən ümidimizi üzməyək. (Allah hətta Zəkəriyya kimi qocaya sonsuz zövcədən övlad əta edir.)Duada “Rəbb” sözü ilə müraciət və onun təkrarı istəkləri qəbula yaxınlaşdırır.Dua zamanı Allahı bizim istəyimizə uyğun gələn sifəti ilə yada salaq.Allahın varislərin ən xeyi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.