Əl-Maidə surəsi · 45-ci ayə

Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 45
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onda (Tövratda) onlar üçün qərarlaşdırdıq ki, (qisasda) can əvəzində can, göz əvəzində göz, burun əvəzində burun, qulaq əvəzində qulaq, diş əvəzində diş olsun. Bütün yaralar üçün də (yenə həmin tərtib və ölçüdə) qisasdır. Hər kəs onu sədəqə etsə (bağışlasa), günahlarının kəffarəsi sayılar. Allahın nazil etdiyi əsasında hökm etməyən kəslər həmin sitəmkarlardır.”
Nöqtələr
◘Əvvəlki ayədə deyildi ki, Tövrat hidayət və nurdur. Bu ayədə isə qisas
qanunu açıqlanmışdır. Bəlkə də bunun səbəbi qisas qanununun cəmiyyətdə nur və
hidayət amili olmasıdır. Necə ki, digər ayədə oxuyuruq: “Qisasda sizin üçün həyat
var.”
◘Ayədə göz, qulaq kimi əzaların adı nümunə olaraq çəkilir. Əslində istənilən
bir üzvə zərər vurulmasının qisası var.

◘İmam Sadiq (ə) bu ayə haqqında buyurmuşdur: “Allah qisasdan bağışlanan
qədər insanın günahlarını bağışlayar.”
◘Tövratda diyə (yetirilən xəsarətə görə ödənc) yoxdur. Günahkardan ya qisas
alınır, ya da o bağışlanılır. Amma İslamda üçüncü bir yol kimi diyə yolu
göstərilir.

Bildirişlər
1. İnsanlar millətindən, qəbiləsindən, varlı-kasıb olmasından asılı olmayaraq
qanun qarşısında eynidirlər. Heç kəsin qanı başqalarınınkından üstün deyil. (Qisas
hökmündə qadınla kişi arasında fərq var. Bu fərqlərin hikməti fiqh kitablarında
bəyan olunmuşdur.)
2. Əvvəlki dinlərdə də qisas olmuşdur.

(İslam və digər dinlərdəki qanunlarda
oxşarlıq var.)
3. Sədəqə təkcə mala aid deyil. Günahkarın bağışlanması da bir növ sədəqədir.
4. Biz günahkarı bağışlasaq, Allah da bizi bağışlayar. (Bəlkə də bizim əfvimiz
günahkarın günahlarının kəffarəsi olsun və o bizim əfvimizə xatir qiyamətdə
cəzalandırılmasın.)
5. İslamda cəzadan əlavə əxlaqi məsələlər də bəyan olunmuşdur.
6. İqtisadi cərimə və həbs günahkarı günahdan saxlamaq üçün bəs etmir.
7. Əgər Allahın hökmü həyata keçməzsə, zülm cəmiyyəti bürüyər.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 45-ci ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 45-ci ayəsi nə haqqındadır?
Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədi...
Əl-Maidə surəsi 45-ci ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 45-ci ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 45-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 45-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 45-ci ayənin təfsiri nədir?
"Onda (Tövratda) onlar üçün qərarlaşdırdıq ki, (qisasda) can əvəzində can, göz əvəzində göz, burun əvəzində burun, qulaq əvəzində qulaq, diş əvəzində diş olsun. Bütün yaralar üçün də (yenə həmin tərtib və ölçüdə) qisasdır. Hər kəs onu sədəqə etsə (bağışlasa), günahlarının kəffarəsi sayılar. Allahın nazil etdiyi əsasında hökm etməyən kəslər həmin sitəmkarlardır.” Nöqtələr◘Əvvəlki ayədə deyildi ki, Tövrat hidayət və nurdur. Bu ayədə isə qisasqanunu açıqlanmışdır. Bəlkə də bunun səbəbi qisas qanunu...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.