Əl-Maidə surəsi · 46-cı ayə

Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Əl-Maidə surəsi / ayə 46
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

“Onların (əvvəlki peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı gətirdik.
Halbuki o, özündən əvvəlki Tövratı təsdiq edəndir. Onda təqvalılar üçün
hidayət və moizə vardır.”


Nöqtələr
◘Həm Quran təqva sahiblərini hidayət edir,

həm də İncil təqvalılar üçün
hidayət və moizədir.
◘Bu ayədə iki yerdə «hidayət» sözü işlədilmişdir. Bu hidayətlərdən biri
ümumxalqa, digəri təqva sahiblərinə aiddir.
◘Ayədəki “qəffəyna” «sözü bir şeyin ardınca o birini gətirmək» mənasını
bildirir.
◘“Musəddiqən” sözünün mənası bu ola bilər ki, Həzrət İsanın şəxsi
xüsusiyyətləri Tövratda bəyan olunmuş nişanələrlə uyğundur. Demək, həzrət
İsanın özü və nişanələr bir-birini təsdiq edir.
◘Mətta İncilində (f. 5, a.17) deyilmişdir: “Güman etməyin ki, peyğəmbərlərin
Tövrat və ya Səhifəsini batil etməyə gəlmişəm. Əksinə, gəlmişəm ki,
tamamlayam.”
◘Bu surənin 15-ci ayəsində Allah-təala buyurur: «Quran nurdur.» 44-cü ayədə
buyurur: «Tövrat nurdur.» Hazırkı ayədə isə İncilin nur olması bildirilir.

 


Bildirişlər
1. Peyğəmbərlər və onların kitabları eyni bir mənbədən qaynaqlanır və eyni bir
məqsəd daşıyır. Onlar bir-birlərini təsdiqləyirlər.
2. Peyğəmbərlər və kitablar bütün xalqların hidayəti üçün olsalar da, yalnız
təqva əhli onların nuru sayəsində hidayət olur.

Tez-tez Verilən Suallar

Əl-Maidə surəsi 46-cı ayə haqqında suallar və cavablar

Əl-Maidə surəsinin 46-cı ayəsi nə haqqındadır?
Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik.
Əl-Maidə surəsi 46-cı ayə hansı surədə yerləşir?
Əl-Maidə surəsi Quran-ı Kərimin 5-ci surəsidir. Bu surə Məkkəvi surədir və 46-cı ayə Əl-Maidə surəsinin tərkib hissəsidir.
Əl-Maidə surəsi 46-cı ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Əl-Maidə surəsinin 46-cı ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Əl-Maidə surəsi 46-cı ayənin təfsiri nədir?
“Onların (əvvəlki peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı gətirdik.Halbuki o, özündən əvvəlki Tövratı təsdiq edəndir. Onda təqvalılar üçünhidayət və moizə vardır.” Nöqtələr◘Həm Quran təqva sahiblərini hidayət edir,həm də İncil təqvalılar üçünhidayət və moizədir.◘Bu ayədə iki yerdə «hidayət» sözü işlədilmişdir. Bu hidayətlərdən biriümumxalqa, digəri təqva sahiblərinə aiddir.◘Ayədəki “qəffəyna” «sözü bir şeyin ardınca o birini gətirmək» mənasınıbildirir.◘“Musəddiqən” sözünün mənası bu ola bilər ...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.