Ən-Nisa surəsi · 109-cu ayə

(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 109
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025

"Bəli, siz həmin kəslərsiniz ki, dünya həyatında onların tərəfini tutdunuz. Bəs qiyamət günü Allahın qarşısında onların tərəfini kim saxlayacaq? (Həmin gün) onların vəkili və müdafiəçisi kim olacaq?”

 

 

Nöqtələr
107, 108 və 109-cu ayələrdə üç zümrəyə üç xəbərdarlıq olundu: Qaziyə deyildi: diqqətli olsun ki, haqqa təcavüz etməsin. Xainə deyildi ki, Allah sənin işlərini görür. Xaini müdafiə edənlərə deyildi ki, sizin səylərinizin qiyamətdə faydası olmayacaq.
Bildirişlər
1. Ey xainlər, bu gün sizi himayə edənlərə görə sevinməyin. Çünki sabah da var. Xainlərin müdafiəsi müvəqqəti və davamsızdır.
2. Dünyada məhkəmənin hökmü nüfuzludur. Amma günahkar tənha qalacağı qiyamət gününün hesabı haqqında düşünməlidir.
3. Xainin vəkili, müdafiəçisi olmayaq. Vəkillərin yalanına aldanmayaq.
4. Dünyada haqqını ala bilməyən məzlumlar narahat olmasınlar. Qiyamətdə onların arxası var və zalımlar öz hesablarına çatar.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 109-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 109-cu ayəsi nə haqqındadır?
(Oğrunun qəbiləsinə xitabən:) Bir baxın, (tutaq ki,) dünya həyatında onları (xainləri) siz müdafiə etdiniz, amma (bəs) onları Qiyamət günü Allahın qarşısında kim müdafiə edəcək, yaxud kim onların işinə yarayacaq?!
Ən-Nisa surəsi 109-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 109-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 109-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 109-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 109-cu ayənin təfsiri nədir?
"Bəli, siz həmin kəslərsiniz ki, dünya həyatında onların tərəfini tutdunuz. Bəs qiyamət günü Allahın qarşısında onların tərəfini kim saxlayacaq? (Həmin gün) onların vəkili və müdafiəçisi kim olacaq?”     Nöqtələr 107, 108 və 109-cu ayələrdə üç zümrəyə üç xəbərdarlıq olundu: Qaziyə deyildi: diqqətli olsun ki, haqqa təcavüz etməsin. Xainə deyildi ki, Allah sənin işlərini görür. Xaini müdafiə edənlərə deyildi ki, sizin səylərinizin qiyamətdə faydası olmayacaq. Bildirişlər 1. Ey xainlər, bu gün sizi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.