Ən-Nisa surəsi · 113-cü ayə

Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilmədiklərini sənə öyrətdi. Allahın sənə lütf və mərhəməti həmişə böyükdür.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Əgər sənə Allahın fəzl və rəhməti olmasaydı, onlardan bir qrupu səni haqq yoldan azdırmaq istəyirdilər. Amma özlərindən başqasını azdırmazlar. Sənə heç bir ziyan vurmazlar. Allah kitab və hikməti sənə nazil etdi. Bilmədiyini sənə öyrətdi. Sənə Allahın fəzli qədərincə böyük olmuşdur.”
Nöqtələr
Bəlkə də bu ayə yüz beşinci ayə kimi nahaqdan oğurluqda ittiham olunan şəxsin macərasına aid olsun. Həmin vaxt Peyğəmbər (s) bir qrup dəstənin şahidliyinə əsasən mühakimə yürütmüşdü. Ayə başqa bir məsələyə də işarə ola bilər. Bir dəstə şəxs Peyğəmbərin (s) görüşünə gəlib demişdilər ki, iki şərtlə sənə beyət etməyə hazırıq. Bütləri öz əlimizlə qırmayacağıq və bir il də Üzzaya pərəstiş edəcəyik.” Ayə nazil oldu və bu istək rədd edildi.
Bildirişlər
1. Düşmənlərin hətta Peyğəmbərə (s) qarşı onu büdrətmək üçün planları var. Demək, cəmiyyətin rəhbərləri diqqətli olmalıdırlar.
2. İnsan başqalarını azdırmaq qərarına gəlmişsə, əslində özünü azdırmaq qərarına gəlmişdir.
3. Allah Quranı sığortaladığı kimi, Peyğəmbərini (s) də sığortalayır.(Bax: "Hicr”, 9. )
4. Hikmət təlimi və kitab göndərilməsi ilahi fəzl və lütfün aşkar nümunəsi, peyğəmbərin paklıq rəmzidir.
5. Allah Öz peyğəmbərinə qeyb elmi və sirlər öyrədir.
6. Peyğəmbərin haqlı olması nişanələrindən biri budur ki, ona deyilir: "Sən ilahi təlimsiz işlərdən xəbər tuta bilməzdin.” Bəli, əgər Quran peyğəmbərin sözü olsaydı, heç vaxt özünü savadsız kimi tanıtdırmazdı.
7. Allah peyğəmbərin müəllimidir. İlahi təlimdə heç bir xata və səhv baş vermir.
8. Bəşəriyyətin elm dairəsi, hətta peyğəmbərin da elmi məhduddur.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 113-cü ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 113-cü ayəsi nə haqqındadır?
Əgər Allahın lütf və mərhəməti sənin halına şamil olmasaydı, həqiqətən onlardan bir dəstə səni (hökm çıxarmaqda) azdırmaq qərarına gəlmişdi. Halbuki onlar özlərindən başqasını azdırmaz və sənə heç bir zərər-ziyan vura bilməzlər. Allah (səma) kitab(ını) və hikməti (şəriət elmləri və əqli maarifi) sənə nazil etdi və bilm...
Ən-Nisa surəsi 113-cü ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 113-cü ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 113-cü ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 113-cü ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 113-cü ayənin təfsiri nədir?
"Əgər sənə Allahın fəzl və rəhməti olmasaydı, onlardan bir qrupu səni haqq yoldan azdırmaq istəyirdilər. Amma özlərindən başqasını azdırmazlar. Sənə heç bir ziyan vurmazlar. Allah kitab və hikməti sənə nazil etdi. Bilmədiyini sənə öyrətdi. Sənə Allahın fəzli qədərincə böyük olmuşdur.” Nöqtələr Bəlkə də bu ayə yüz beşinci ayə kimi nahaqdan oğurluqda ittiham olunan şəxsin macərasına aid olsun. Həmin vaxt Peyğəmbər (s) bir qrup dəstənin şahidliyinə əsasən mühakimə yürütmüşdü. Ayə başqa bir məsələyə...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.