Ən-Nisa surəsi · 89-cu ayə

(Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, əsla onlardan dostlar götürməyin. Beləliklə əgər (bu işdən) üz döndərsələr onları (müşriklər kimi) harada tapsanız tutun və öldürün. Onlardan heç vaxt dost və köməkçi götürməyin.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ən-Nisa surəsi / ayə 89
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Onlar (münafiqlər) sizin də onlarla bərabər kafir olmağınızı istəyirlər. Nə qədər ki, (tövbə və) Allah yolunda hicrət etməyiblər, onları dost tutmayın. Əgər boyun qaçırsalar (kafirlərlə həmkarlıqlarını davam etdirsələr), onları harada tapsanız öldürün. Onlardan heç bir dost və yardımçı tutmayın.”
Nöqtələr
Nifaq əhli ilə rəftar yolunun mərtəbələri var. Bu ayədə bəyan olunmuş sərt hökmlər fitnə-fəsadda müşriklərlə həmkarlıq edən münafiqlərə aiddir.
Quran cümlələrini bir-birinin vasitəsi ilə mənalandıraq. Ayədəki tədbirlərdən məlum olur ki, Allah insanı yalnız onun əməllərinə görə azdırır.
Bildirişlər
1. Allah münafiqlərin sirləri və gizli istəkləri üzərindən pərdəni götürür.
2. Münafiqlər və düşmənlər sizin düşüncə və əqidənizi hədəf almışlar.
3. İslam cəmiyyəti münafiqlərdən təmizlənməlidir. Onlarla hər hansı bir dostluq əlaqəsi qırılmalıdır.
4. Küfr, şirk və fəsad olan məntəqədən hicrət vacibdir.
5. Allah yolunda hicrət gerçək iman nişanəsidir.
6. Tövbə yolu həmişə açıqdır.
7. Hər bir günahın tövbəsi günahı tərk etməkdir. Hicrətin tərkinin tövbəsi hicrətdir.
8. Pozucu və fitnəkar münafiqlər edam olunmalı, aradan götürülməlidirlər. Bu işi həyata keçirmək üçün İslam cəmiyyəti qüdrətli olmalıdır.
9. İslam düşmənlə mübarizə və fəsad əhlinin təqibi üçün ən sərt tədbirlərə əl atır.
10. Münafiqlərin maddi imkanları və hərbi qüvvələrinə bel bağlamaq olmaz. Onların yardımından gözümüzü çəkməliyik.
11. İslamda münafiqlərlə qurulan hər hansı bir mənəvi, siyasi, hərbi, iqtisadi, mədəni rabitə məhkum edilir.

Tez-tez Verilən Suallar

Ən-Nisa surəsi 89-cu ayə haqqında suallar və cavablar

Ən-Nisa surəsinin 89-cu ayəsi nə haqqındadır?
(Bu ayə kitab əhli və müşriklərdən olan kafirlərin öz müşrik qohum və dostlarının içərisində olanlar barəsindədir.) Onlar sizin də özləri kimi kafir olmanızı istəyirlər ki, bir-birinizlə bərabər olasınız. Buna görə də onlar Allah yolunda (və dini qəbul etmələrini sübuta yetirmək üçün İslam diyarına) hicrət etməyincə, ə...
Ən-Nisa surəsi 89-cu ayə hansı surədə yerləşir?
Ən-Nisa surəsi Quran-ı Kərimin 4-ci surəsidir. Bu surə Məkkəvi surədir və 89-cu ayə Ən-Nisa surəsinin tərkib hissəsidir.
Ən-Nisa surəsi 89-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ən-Nisa surəsinin 89-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ən-Nisa surəsi 89-cu ayənin təfsiri nədir?
"Onlar (münafiqlər) sizin də onlarla bərabər kafir olmağınızı istəyirlər. Nə qədər ki, (tövbə və) Allah yolunda hicrət etməyiblər, onları dost tutmayın. Əgər boyun qaçırsalar (kafirlərlə həmkarlıqlarını davam etdirsələr), onları harada tapsanız öldürün. Onlardan heç bir dost və yardımçı tutmayın.” Nöqtələr Nifaq əhli ilə rəftar yolunun mərtəbələri var. Bu ayədə bəyan olunmuş sərt hökmlər fitnə-fəsadda müşriklərlə həmkarlıq edən münafiqlərə aiddir. Quran cümlələrini bir-birinin vasitəsi ilə mənal...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.