Ər-Rəd surəsi · 7-ci ayə

Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru yol göstərən (ya peyğəmbər, ya imam ya da rəhbər) vardır.

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Ər-Rəd surəsi / ayə 7
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Küfr edənlər deyirlər: «Nə üçün Rəbbi tərəfindən ona dəlil nazil olmayıb?» (Ey peyğəmbər,) sən yalnız qorxudansan və hər bir qövm üçün yol göstərən var.”
Nöqtələr
İbn Abbasdan nəql olunub ki, həzrət Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: "Mən qorxudanam.” Sonra həzrət Əliyə (ə) işarə ilə buyurdu: "Sən hidayət edənsən...”
Bildirişlər
1. Kafirlərin Allah və Onun Rəsulundan (s) yersiz istəkləri var. (Onlar öz nəfs istəklərinə uyğun nişanə və möcüzələr istəyirlər).
2. Bəhanəçi insan Allahın xitabına və müraciətinə layiq deyil. Allah kafirlərin sözünü cavabsız qoyur, peyğəmbərə müraciət edir.
3. Tərbiyədə həm hədəyə, həm də nəsihətə ehtiyac var.
4. Cahil cəmiyyəti müjdələməkdən çox qorxutmaq zəruridir. (Quranda 120 dəfədən çox "qorxut” əmri verilir.)
5. Peyğəmbərlərin əsas işi yersiz istəklər əsasında möcüzə göstərmək yox, nəsihət və xəbərdarlıqdır.
6. Bir daha peyğəmbər gəlməsə də, Allah höccəti hamıya tamamlayır, yer üzü heç vaxt höccətsiz qalmır.
7. Peyğəmbərlər təkcə şərqə məxsus deyil.
8. Hazırkı dövrdə də imamımız və hidayətçimiz olmalıdır. ("Məcməul-bəyan” və "Kənzuld-dəqaiq” təfsirlərində bildirilir ki, "had” dedikdə məsum imamlar nəzərdə tutulur.)

Tez-tez Verilən Suallar

Ər-Rəd surəsi 7-ci ayə haqqında suallar və cavablar

Ər-Rəd surəsinin 7-ci ayəsi nə haqqındadır?
Və küfr edənlər «nə üçün ona Rəbbi tərəfindən (Salehin dəvəsi, Musanın əsası və İsanın süfrəsi kimi) bir nişanə və möcüzə nazil olmamışdır?!» deyirlər. Əslində sən yalnız bir qorxudansan (və möcüzə sənin ixtiyarın və onların seçimi ilə deyil, Allahın əlindədir) və (bəşər cəmiyyətindən olan) hər bir dəstə üçün bir doğru...
Ər-Rəd surəsi 7-ci ayə hansı surədə yerləşir?
Ər-Rəd surəsi Quran-ı Kərimin 13-ci surəsidir. Bu surə Məkkəvi surədir və 7-ci ayə Ər-Rəd surəsinin tərkib hissəsidir.
Ər-Rəd surəsi 7-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Ər-Rəd surəsinin 7-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Ər-Rəd surəsi 7-ci ayənin təfsiri nədir?
"Küfr edənlər deyirlər: «Nə üçün Rəbbi tərəfindən ona dəlil nazil olmayıb?» (Ey peyğəmbər,) sən yalnız qorxudansan və hər bir qövm üçün yol göstərən var.”Nöqtələrİbn Abbasdan nəql olunub ki, həzrət Peyğəmbər (s) mübarək əlini sinəsinə qoyub buyurdu: "Mən qorxudanam.” Sonra həzrət Əliyə (ə) işarə ilə buyurdu: "Sən hidayət edənsən...”Bildirişlər1. Kafirlərin Allah və Onun Rəsulundan (s) yersiz istəkləri var. (Onlar öz nəfs istəklərinə uyğun nişanə və möcüzələr istəyirlər).2. Bəhanəçi insan Allahın...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.