Yunus surəsi · 39-cu ayə

(Onlar Qur’anı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökümətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə də zalımların aqibətinin necə olduğuna bax!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yunus surəsi / ayə 39
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Həqiqət budur ki, bilmədikləri bir şeyi yalan saydılar. Halbuki onun sonu, mahiyyəti və batini hələ ki, onlara aydınlaşmamışdı. Onlardan qabaqkılar da bu sayaq təkzib etdilər. Bax gör, zalımların aqibəti necədir.”
Nöqtələr
İmam Sadiq (ə) buyurmuşdur: "Quranın bu iki ayəsindən iki böyük dərs öyrənirik: Nə qədər ki, bilmirik, danışmayaq  və nə qədər ki, bilmirik, bir sözü rədd etməyək.” 
Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: "Allah-təala dediyim dörd nöqtəni ayədə nazil etmişdir:
1. İnsanın kimliyi onun dilinin altındadır. Ayə nazil oldu ki, danışıqlarından onları tanıyarsan. 
2. Hər kəs bir şeyi bilməsə, onunla düşmənçilik edir. Ayə nazil oldu ki, bilmədiklərini yalan saydılar. 
3. Hər kəsin dəyəri onun ləyaqəti və dəyərindən asılıdır. Ayə nazil oldu ki, Allah Talutu bacarıqlarına görə seçdi. 
4. Zalımı (qatili) öldürmək qətllərin çoxalmasının qarşısını alır. Ayə nazil oldu ki, qisas sizin üçün həyatdır. 
Bildirişlər
1. Müxaliflər Quranı yetərincə öyrənmədən onu rədd etmişdilər.
2. Bir şeyi bilmədiyimizə görə rədd etməyək.
3. Ümumi və yığcam bilik təsirsizdir. Yalnız elmi əhatə sayəsində nuraniyyət əldə etmək olar.
4. Tarix boyu peyğəmbərlərlə müxalifliyin səbəbi cəhalət olmuşdur.
5. Din müxaliflərinin tarixi və taleyi ilə tanış olmaq lazımdır.

Tez-tez Verilən Suallar

Yunus surəsi 39-cu ayə haqqında suallar və cavablar

Yunus surəsinin 39-cu ayəsi nə haqqındadır?
(Onlar Qur’anı onun mənasını bilərək təkzib etmədilər,) əksinə, elmini bilmədikləri və yozumu (həqiqətlərinin aşkar olacağı gün – cahanşümul ədalət hökümətinin zahir olacağı və Qiyamət günü) hələ onlara gəlməmiş şeyi təkzib etdilər. Onlardan əvvəlkilər də (öz peyğəmbərlərini) belə təkzib etmişdilər. Buna görə də zalıml...
Yunus surəsi 39-cu ayə hansı surədə yerləşir?
Yunus surəsi Quran-ı Kərimin 10-ci surəsidir. Bu surə Məkkəvi surədir və 39-cu ayə Yunus surəsinin tərkib hissəsidir.
Yunus surəsi 39-cu ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yunus surəsinin 39-cu ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yunus surəsi 39-cu ayənin təfsiri nədir?
"Həqiqət budur ki, bilmədikləri bir şeyi yalan saydılar. Halbuki onun sonu, mahiyyəti və batini hələ ki, onlara aydınlaşmamışdı. Onlardan qabaqkılar da bu sayaq təkzib etdilər. Bax gör, zalımların aqibəti necədir.” Nöqtələr İmam Sadiq (ə) buyurmuşdur: "Quranın bu iki ayəsindən iki böyük dərs öyrənirik: Nə qədər ki, bilmirik, danışmayaq  və nə qədər ki, bilmirik, bir sözü rədd etməyək.”  Əbdül-Əzim Həsəni imam Cavaddan (ə) Həzrət Əlinin (ə) belə buyurduğunu nəql edir: "Allah-təala dediyim dörd nö...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.