Yusif surəsi · 107-ci ayə

Buna görə də, məgər onlar Allahın əzablarından (hər yeri) bürüyən bir əzabın onlara yetişməsindən və ya Qiyamətin qəflətən, fikirlərinə belə gətirmədikləri bir halda onları haqlamasından amandadırlar?!

Təfsirlər

Toplam 1 təfsir
İzahat
NUR TƏFSİRİ: Yusif surəsi / ayə 107
MÖHSÜN QƏRAƏTİ. 14.11.2025
"Görən (iman gətirməyənlər) ilahi əzabın onları bürüyəcəyindən və ya Qiyamətin qəfildən bərpa olacağından amandadırlarmı?”
Nöqtələr
"Ğaşiyə” dedikdə cəmiyyət və ya fərdi əhatə edən əzab nəzərdə tutulur.
Bildirişlər
1. Kimsə özünü sığortalanmış saymasın.
2. İnsanın doğru yolu tutması üçün onun ilahi əzabı mümkün sayması kifayətdir. Məsələ bundadır ki, bəziləri belə bir ehtimal da vermir.
3. Allahın qəzəbi əhatəlidir və bu əzabdan qaçmaq mümkünsüzdür.
4. İnsanın bədbəxt olması üçün cüzi əzab bəsdir.
5. Qiyamətin yada salınması tərbiyə amilidir.

Tez-tez Verilən Suallar

Yusif surəsi 107-ci ayə haqqında suallar və cavablar

Yusif surəsinin 107-ci ayəsi nə haqqındadır?
Buna görə də, məgər onlar Allahın əzablarından (hər yeri) bürüyən bir əzabın onlara yetişməsindən və ya Qiyamətin qəflətən, fikirlərinə belə gətirmədikləri bir halda onları haqlamasından amandadırlar?!
Yusif surəsi 107-ci ayə hansı surədə yerləşir?
Yusif surəsi Quran-ı Kərimin 12-ci surəsidir. Bu surə Məkkəvi surədir və 107-ci ayə Yusif surəsinin tərkib hissəsidir.
Yusif surəsi 107-ci ayəni Azərbaycan dilində oxumaq mümkündürmü?
Bəli, Yusif surəsinin 107-ci ayəsi dinisuallar.com saytında Azərbaycan dilində tam tərcümə ilə təqdim olunur. Həmçinin ərəbcə orijinal mətni və təfsiri də mövcuddur.
Yusif surəsi 107-ci ayənin təfsiri nədir?
"Görən (iman gətirməyənlər) ilahi əzabın onları bürüyəcəyindən və ya Qiyamətin qəfildən bərpa olacağından amandadırlarmı?” Nöqtələr "Ğaşiyə” dedikdə cəmiyyət və ya fərdi əhatə edən əzab nəzərdə tutulur. Bildirişlər 1. Kimsə özünü sığortalanmış saymasın. 2. İnsanın doğru yolu tutması üçün onun ilahi əzabı mümkün sayması kifayətdir. Məsələ bundadır ki, bəziləri belə bir ehtimal da vermir. 3. Allahın qəzəbi əhatəlidir və bu əzabdan qaçmaq mümkünsüzdür. 4. İnsanın bədbəxt olması üçün cüzi əzab bəsdi...
Bu ayəni ərəbcə necə oxumaq olar?
Səhifənin yuxarısındaki çalğı düyməsinə () basaraq ayəni ərəbcə dinləyə bilərsiniz.