"b" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "b" üzrə 5816 ayə tapıldı.
Biz Qur’anı sənə (onun icrası yolunda, yaxud onun qəbul edilməməsindən təəssüflənməklə, yaxud da ağır ibadətlər etməklə) zəhmət və əziyyətə düşməyin üçün nazil etmədik.
Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik).
Göylərdə, yerdə, onların ikisinin arasında və torpağın altında (və yer kürəsində) olanlar(ın hamısı) Ona məxsusdur (onların hamısının yaradılışı, qorunması, idarə edilməsi və yox edilməsi Onun istək və qüdrətinə tabedir).
Əgər sözünü aşkar desən (buna ehtiyac yoxdur), çünki O, gizlini də, daha gizlini də bilir (gizlidən məqsəd xəlvəti söhbət, daha gizlidən məqsəd isə qəlbə gələn və ya hətta heç qəlbə də gəlməyən fikirdir).
Tək olan Allah (ki), Ondan başqa bir məbud yoxdur! Ən gözəl adlar Ona məxsusdur. (Onun vacibəl-vücud, qədim və əzəli kimi bəzi adları Ondan qeyrisinə şamil edilə bilməz. Həyy, alim və qadir kimi bəzi adları isə müəyyən qoşmalarla şamil edilə bilər.)
O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım.
Həqiqətən sənin Rəbbin Mənəm! Buna görə də nəleynini (ayağından) çıxart. Çünki sən müqəddəs Tuva çölündəsən (müqəddəs yerə ayaqqabı ilə girmək olmaz).
Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!
Qiyamət günü mütləq gələcəkdir. (Həmin gün) hər bir kəsə çalışdığının əvəzinin verilməsi üçün onu(n vaxtını) gizlətmək istəyirəm.
Buna görə də, ona iman gətirməyən və (nəfsi) istəklərinə tabe olmuş bir şəxs əsla səni ondan (Qiyamətə inanmaqdan) yayındırmasın, ki, həlak olarsan.
Dedi: Bu, mənim əsamdır. Ona söykənirəm və onunla qoyunlarıma (ağacdan) yarpaq (qırıb) tökürəm. Mənim ona başqa ehtiyaclarım da var.
Beləliklə (Musa) onu (əsanı yerə) atdı. O dərhal sürətlə hərəkət edən qorxulu və zəhərli bir ilan oldu.
Əlini qoltuğunun altına qoy (və çıxar), onda heç bir qüsur olmadan digər bir nişanə və möcüzə olaraq ağ və nurlu çıxsın.
(Bu iki möcüzəni) Özümüzün böyük nişanələrimizdən bəzilərini sənə göstərmək üçün (təqdim etdik).
5816 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
291 Səhifə