(Ona ilham etdik) ki: Onu bir sandığa qoy və onu dənizə at. Sonra (Bizim əzəli istəyimiz belə oldu ki,) gərək dəniz onu, Mənim və onun düşməninin götürməsi üçün sahilə atsın. Və (bir sıra xeyirlərə görə və) həmçinin (öhdənə yüksək məqam götürəcəksən deyə) Öz nəzarətim altında tərbiyə alıb yetişməyin üçün Öz tərəfimdən (qəlblərə) sənin məhəbbətini saldım.
O zaman bacın (sənin sandığının arxasınca) gedir və (uşaq üçün dayə axtaran fironçulara) deyirdi: Sizə onu(n qorunmasını və ona süd verilməsini) öhdəsinə götürən bir adam göstərimmi? Belələliklə gözləri aydın olsun və qəm yeməsin deyə səni anana qaytardıq. Həmçinin (fironçulardan) birini öldürdün (və onlar da səni öldürmək qərarına gəldilər). Belə olan halda Biz səni həmin qəmdən qurtardıq və bir sıra imtahanlarla sınadıq. Beləliklə illərlə Mədyən əhalisinin arasında qaldın. Sonra ey Musa, (Bizim əzəli) qərar(ımız və yüksək mənəvi kamilliklər) əsasında (peyğəmbərlik məqamına) gəldin.
Və səni (peyğəmbərlik məqamını öhdənə götürmək, kitabı qəbul etmək, küfrlə mübarizə aparmaq və cəmiyyəti islah etmək kimi) Özüm(ün hədəflərim) üçün (tərbiyə olunmuş və bütün cəhətlərdə kamala çatmış bir insan) etdim.
Sən və qardaşın Mənim möcüzələrimlə (hazırkı iki möcüzə və sonra verəcəyim digər möcüzələrlə) birlikdə (fironçuların yanına) gedin və Məni yada salmaqda süstlük göstərməyin.
Dedilər: Ey Rəbbimiz! Biz (ilahi tapşırığın çatdırılmasından qabaq) onun bizə qəzəblənərək cəzalandırmasından və ya (küfr və zülmkarlıqda) həddini aşmasından qorxuruq.
Buna görə də onun yanına gedin və deyin: Həqiqətən biz sənin Rəbbinin elçiləriyik. Odur ki, İsrail övladlarını (buraxıb) bizimlə birlikdə göndər və onlara işkəncə vermə. Həqiqətən biz sənə Rəbbin tərəfindən bir nişanə və möcüzə gətirmişik. Salam olsun doğru yola tabe olan hər bir kəsə!