"b" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "b" üzrə 5816 ayə tapıldı.
Onların başlarına (daşdan) bir yağış yağdırdıq. (Xəbərdarlığa əhəmiyyət verməyən) qorxudulanların yağışı pis bir yağış idi!
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) var və onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
«Mən bunun (bu risalətin) müqabilində sizdən heç bir muzd istəmirəm, mənim muzdum yalnız aləmlərin Rəbbinin öhdəsinədir.»
(Şüeyb) dedi: «Mənim Rəbbim sizin nə etdiyinizi daha yaxşı bilir (Əməlinizin cəzası daş, yaxud başqa bir şey olduğunu daha yaxşı bilir)».
Beləliklə, onu (Şüeybi) təkzib etdilər və buludlu günün əzabı onları yaxaladı (başlarına od ələyən alovsaçan buludun kölgəsində idilər), Həqiqətən, o, böyük bir günün əzabı idi.
Həqiqətən, bunda (bu hekayətdə Allahın qüdrət və qəzəbinə dair) bir nişanə (ibrət) vardır. Onların əksəriyyəti Haqqa iman gətirən deyildi.
Şübhəsiz bu (Qur’an) aləmlərin Rəbbinin nazil etdiyidir (Onun əzəli elmindən Lövhi-Məhfuza və oradan da Cəbrailin (Ruhul - Əminin) hafizəsinə nazil olmuşdur).
5816 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
291 Səhifə