Məgər Bəni-İsrail alimlərinin bundan (bu kitabdan və onun vəsflərindən tamamilə) xəbərdar olmaları onlar (Məkkə müşrikləri) üçün sübut və nişanə deyilmi?
(Cəmiyyətə) bir öyüd – nəsihət olsun deyə, (dəvət kamil və dəlil-sübut tamam olsun deyə, əks təqdirdə onları məhv etmək zülm olardı). Biz heç vaxt zülmkar olmamışıq!
Və (bu əzəmətli və müqəddəs iş) onlara (zatən şər və fəsad mənbəyi olan şeytanlara) layiq deyildir və (bu işin müqəddəsliyinə, öz zatlarının da xəbisliyinə görə) onların buna qüdrətləri çatmaz.