"məzlum" - Quran Kərimdə Axtarış Nəticələri

Quranda Axtarış Edin

Axtarış nəticələri: "məzlum" üzrə 4 ayə tapıldı.
Və Allahın (bütün şəriətlərdə toxunulmazlıq hüququ verdiyi və öldürülməsini) haram buyurduğu canı, (qisas, dindən dönmə və şər’i hədlər kimi) haqq (əsaslar) istisna olmaqla öldürməyin. Biz məzlumcasına (haqsız yerə) öldürülmüş şəxsin qəyyumuna hökmranlıq (qisas almaq, qanbahası almaq və yaxud bağışlamaq ixtiyarı) vermişik. Beləliklə, o, öldürmək zamanı həddi aşmamalıdır (işkəncə verməməli, öldürdüyü şəxsin bədən üzvlərini kəsib-doğramamalı, yaxud bir nəfərdən artıq öldürməməlidir). Çünki ona (bu hökmün çıxarılması ilə) kömək olunmuşdur (və qisas alınan şəxs də, məhkumiyyətindən artıq cəzalandırılmamaq barəsində Bizim köməyimiz altındadır).
. (İman və küfr barəsində mətləb) budur! Kim cəzalandırıldığı miqdarda cəzalandırsa (ona zülm etmiş şəxsdən qisas yaxud da qanbahası alsa) sonra ona zülm edilsə (cinayətkar bir daha ona qarşı həddini aşsa), şübhəsiz, Allah (dünya və axirətdə) ona (məzluma) kömək edəcəkdir. Həqiqətən Allah (zülmə məruz qalmış şəxsi) əfv edən və bağışlayandır (və bu cür cəzalandırma üsuluna icazə verir).
Bu, (zalımın müqabilində məzluma kömək etmək) ona görədir ki, Allah (yaradılış aləmində hər növ qələbəyə qadirdir,) gecəni (hər yeri bürüməsi üçün) gündüzə daxil və qalib edir və (hər yerin işıqlı olması üçün) gündüzü gecəyə qalib edir (və ya bir fəsildə gecənin bir hissəsini gündüzə, digər bir fəsildə isə gündüzün bir hissəsini gecəyə daxil edir). Və (bu kömək həm də) ona görədir ki, Allah (məzlumlarla zalımların hallarını) eşidən və görəndir.
Və (yadına sal,) o zamanı ki, Loğman oğluna nəsihət edərkən ona dedi: «Ey mənim əziz oğlum, Allaha şərik qoşma, çünki şirk olduqca böyük bir zülmdür». (Zülmün böyüklüyü məzlumun böyüklüyü ilə ölçülər və bütün nemətlərin əsl sahibi ilə heç bir nemətə malik olmayanı eyni hesab etmək son dərəcə pisdir.)
4 Tapılan Ayə
6236 Ümumi Ayə
114 Sürə Sayı
1 Səhifə